BMT: Yəməndə qarşıdurmalar 137 mindən çox uşağı təhsildən məhrum edib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Yəməndə husilər ilə hökumət qüvvələri arasında şiddətlənən qarşıdurmalar nəticəsində 137 mindən çox uşağın məktəbə gedə bilmədiyi bildirilir.
APA xəbər verir ki, BMT-nin Uşaq Fondu (UNICEF) son gərginliyin 137 mindən çox uşağı təhsildən məhrum etdiyini açıqlayıb.
UNICEF uşaqların qarşıdurmalar səbəbindən gələcəklərini itirməməli olduğunu vurğulayıb və onlar üçün müvəqqəti siniflər yaratmağa çalışdığını bildirib.
Yəmənin qərb sahilində gərginlik səbəbilə ailələrin köçü davam edir. BMT Əhali Fondu və Ümumdünya Ərzaq Proqramının əməkdaşlığı ilə yeni köçkün düşən 14 mindən çox insana əsas ehtiyacları da daxil olmaqla təcili yardım göstərilib.
Qeyd edək ki, Yəməndə qarşıdurmalar iyul ayından etibarən yenidən şiddətlənib və husilərin hökumət qüvvələrinin nəzarətində olan bəzi əraziləri ələ keçirməsi nəticəsində ölkənin qərb sahilində vəziyyət dəyişib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 15 Sentyabr 2026 07:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















