Icma.az
close
up
RU
Zəfər günü Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq

Zəfər günü Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


"8 Noyabr – Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin və dövlətçilik əzminin təntənəsi olan Zəfər Günüdür. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Böyük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin altıncı ildönümü münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir".
Newscenter.az xəbər verir ki, bu fikirlər Azərbaycan Milli İstiqlal Partiyasının yaydığı açıqlamada öz əksini tapıb.
Açıqlamada qeyd edilir ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu:
"Otuz ilə yaxın davam edən işğala son qoyulması, tarixi ədalətin bərpası və ərazi bütövlüyümüzün təmin edilməsi xalqımızın əsrlər boyu yaşatdığı milli arzuların gerçəkləşməsi idi. Bu möhtəşəm Zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müstəsna siyasi və hərbi-strateji rəhbərliyi, qətiyyətli iradəsi və prinsipial mövqeyi həlledici əhəmiyyət daşıdı. Müharibənin ən mürəkkəb mərhələlərində nümayiş etdirdiyi siyasi liderlik, düzgün strateji qərarlar, diplomatik müstəvidə apardığı prinsipial mübarizə və informasiya cəbhəsindəki fəaliyyəti Azərbaycanın Qələbəyə aparan yolunda mühüm rol oynadı.
Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirdi. Azərbaycan əsgəri öz canı və qanı bahasına torpaqlarımızı işğaldan azad edərək xalqımızın sınmayan iradəsini bütün dünyaya nümayiş etdirdi. Xalqın öz Liderinin ətrafında sıx birləşməsi, dövlətlə xalqın vahid amal uğrunda həmrəyliyi bu tarixi Qələbənin ən mühüm mənəvi-siyasi dayaqlarından birinə çevrildi. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Zəfər salnaməmizin zirvə nöqtəsi oldu. Şuşanın azadlığı hərbi uğurla yanaşı, həm də Azərbaycan xalqının tarixi yaddaşının, milli-mənəvi kimliyinin və dövlətçilik iradəsinin təntənəsi idi. Məhz bu Qələbə ilə Azərbaycan öz gücünü, siyasi iradəsini və milli birliyini beynəlxalq aləmə nümayiş etdirdi".
AMİP bəyan edir ki, bu möhtəşəm Zəfər şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına qazanılmışdır:
"Azərbaycan Milli İstiqlal Partiyası Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyir. Qazilərimizə möhkəm cansağlığı, şəfa və uzun ömür arzulayır. Şəhidlərimizin əmanəti olan Vətən torpağının qorunmasını hər birimizin müqəddəs borcu hesab edirik.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Böyük Zəfərin məntiqi davamıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində yenidən qurulan şəhərlər, salınan yollar, tikilən hava limanları, müasir yaşayış məntəqələri Azərbaycanın həmin torpaqlarda yeni həyat quran qüdrətli dövlət olduğunu təsdiqləyir. Soydaşlarımızın öz dogma yurdlarına qovuşması tarixi ədalətin bərpasının ən böyük mənəvi nəticələrindəndir".
AMİP hesab edir ki, qazanılmış tarixi Qələbənin qorunması və möhkəmləndirilməsi, dövlət müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün əbədi təminatı milli siyasətimizin əsas prioritetləri olaraq qalmalıdır. Bunun üçün güclü dövlət, qüdrətli ordu, milli həmrəylik və Xalq-Dövlət birliyi strateji əhəmiyyət daşıyır:
"Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırmışdır. Bu reallıqların davamlı sülhə, təhlükəsizliyə və qarşılıqlı əməkdaşlığa çevrilməsi regionun gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Milli İstiqlal Partiyası milli istiqlal ideallarına və dövlətçilik prinsiplərinə sadiq qalaraq bəyan edir ki, Azərbaycanın müstəqilliyinin, suverenliyinin, milli maraqlarının və ərazi bütövlüyünün qorunması bundan sonra da siyasi fəaliyyətimizin başlıca istiqamətlərindən biri olacaqdır. Böyük Zəfərin qazandırdığı tarixi məsuliyyət hər birimizi dövlətimizin daha da güclənməsi, milli birliyimizin möhkəmlənməsi və Azərbaycanın beynəlxalq mövqelərinin yüksəlməsi naminə çalışmağa səsləyir. Bu gün Azərbaycan xalqının öz taleyinə sahib çıxdığı, milli iradəsini bütün dünyaya nümayiş etdirdiyi və dövlətçilik tarixində yeni bir səhifə açdığı gündür. 8 noyabr Zəfər günü Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün milli qürur və dövlətçilik örnəyi olacaqdır!".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Noyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri