Günel Zeynalova Seda Sayanla küsülüdür?
Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azəriqızı Günel türkiyəli həmkarı Seda Sayanla hansı səbəbdən küsülü olduğunu etiraf edib.
Adalet.az bildirir ki, o, özünə olunan hörmətsizliyə görə illərdir Seda Sayanla əlaqəsi olmadığını etiraf edib:
“İllər öncə Seda Sayanın efirinə dəvət almışdım. Orda çıxış edəndə mənə qarşı hörmətsizlik oldu. “Sarı gəlin” mahnısı ilə bağlı fikrinə etiraz etdim. Bu mahnının Azərbaycana məxsus olduğunu bildirdim. Həmin an səhnəni tərk edə də bilərdim. Orada mənim üçün efirə gələn tamaşaçılara hörmətsizlik olmasın deyə efiri tərk etmədim. Mən sadəcə orda özümdə cəsarət tapıb sözümü dediyim üçün çox xoşbəxt idim. Hamı deyir ki, Seda Sayanla küsülüsünüz. Mən heç kəslə küsülü deyiləm. Sadəcə bir daha onun proqramına getmədim. Dəfələrlə dəvət alsam da, atam dedi ki, biz o proqrama gəlmirik”.
Əntiqə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 Noyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















