BMT yeni qaçqın dalğası təhlükəsi ilə bağlı xəbərdarlıq edib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 5 mart, AZƏRTAC
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı regiondakı münaqişə fonunda Yaxın Şərqdən gələcək yeni qaçqın dalğası riski barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzeti bu barədə təşkilatın rəhbəri Emi Poupa istinadla məlumat yayıb. Onun sözlərinə görə, hazırda Avropa İttifaqı miqrasiya dalğasının mümkün artımına hazırlaşır. Yaxın Şərqdəki münaqişə və onun uzunmüddətli davam etməsi ehtimalı yeni miqrasiya dalğalarına səbəb ola bilər. Bu, 2015-2016-cı illərdə baş verən böhrana bənzəyir. O zaman əksəriyyəti Suriya və Əfqanıstandan olan 1 milyondan çox qaçqın Avropa İttifaqına gəlmişdi.
“Avropa İttifaqı hazırda miqrasiya böhranının ilkin mərhələsində məsələyə daha əhatəli yanaşmağa və Avropanın bəzi ölkələrində antimiqrant əhvali-ruhiyyəsinin münaqişə səviyyəsinədək böyüməsinin qarşısını almaq üçün addımlar atmağa çalışır”, - deyə Emi Poup bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 05 Mart 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















