Icma.az
close
up
RU
BMTdən Qəzza açıqlaması

BMTdən Qəzza açıqlaması

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının Baş katibinin sözçüsü Stefani Tremblay bildirib ki, onlara bağlı təşkilatlar Qəzzaya humanitar yardım çatdırmağa çalışırlar, lakin İsrail tərəfindən giriş məhdudiyyətləri davam edir. 

"Cebheinfo.az" xəbər verir ki, Tremblay BMT-nin Nyu- Yorkdakı Baş Qərargahında təşkil edilən gündəlik mətbuat konfransında jurnalistlərin Yaxın Şərqdəki hadisələrlə bağlı suallarını cavablandırıb. BMT rəsmisi bildirib ki, aktiv döyüşlərə və İsrailin məhdudiyyətlərinə baxmayaraq, BMT-nin rəhbərlik etdiyi iki humanitar missiya dekabrın 20-də Qəzzanın şimalında mühasirəyə alınmış ərazilərə daxil ola bilib. 

Tremblay sözügedən yardım maşınlarının Qəzzanın şimalındakı Beyt Hanun və Kemal Advan Xəstəxanasına çatdırıldığı, xəstəxana şəraitinin qeyri-kafi olması səbəbindən 8 xəstə və yoldaşlarının Qəzzadakı Əl Şifa xəstəxanasına köçürüldüyü məlumatını paylaşıb. 

“18-22 dekabr tarixləri arasında Qəzzanın şimalına çatmaq üçün BMT-nin İsraildən tələb etdiyi 8 missiyadan yalnız ikisi təsdiqlənmişdi",- deyən Tremblay bu bölgələrdə insanların yardım çatdırılmasından sonra "daha şiddətli bir hücumun baş verə biləcəyindən narahat olduqlarını" deyib.

Qəzzadakı BMT səlahiyyətlilərinin İsrail səlahiyyətlilərinin Qəzzanın qərbindəki iki məhəllə üçün başqa bir təxliyə əmri verdiyini xatırladan Tremblay, bu vəziyyətin "mülki əhalini daha çox düşmənçiliyə məruz qoyduğunu və onları əsas xidmətlərdən məhrum etdiyini" vurğulayıb. BMT baş katibinin sözçünün müavini Stefani Tremblay bildirib ki, İsrail 66 yardım maşınının Qəzzaya keçməsinə icazə versə də, dünən sözügedən konvoya hücum edib. 

Tremblay bu səbəbdən 66 yardım maşınının yalnız 43-nün ehtiyacı olan fələstinlilərə çatdırıldığını bildirib. 

Konvoyun qalan hissəsinin İsrail ordusu tərəfindən gecikdirildiyini və buna görə də yük maşınlarının marşrut boyu talanlara məruz qaldığını bildirən Tremblay sözügedən 23 TIR-ın “itdiyini” deyib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see671

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see363

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see221

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see200

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see188

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see176

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see173

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see173

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see171

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see169

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see168

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri