Icma.az
close
up
RU
BMTM: Azərbaycanın Aİ ilə münasibətləri ErmənistanAzərbaycan mübahisələrinin girovuna çevrilib

BMTM: Azərbaycanın Aİ ilə münasibətləri ErmənistanAzərbaycan mübahisələrinin girovuna çevrilib

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yarandığı gündən etibarən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) öz fəaliyyəti, eləcə də maliyyə mənbələri ilə bağlı şəffaflıq və açıqlıq prinsiplərini qoruyub.

"Report"un məlumatına görə, bu barədə BMTM Ermənistanın "Civilnet" internet resursunun "Azərbaycanın Fransaya qarşı "rəqəmsal müharibəsi” başlıqlı yazısı ilə bağlı cavabında deyilir:

"İctimaiyyətə bəlli olan faktdır ki, Mərkəz 2019-cu ildə Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılıb və bu informasiya Mərkəzin rəsmi veb-səhifəsində yerləşdirilib. Yarandığı gündən etibarən, BMTM qarşılıqlı maraq doğuran məsələlər üzrə müxtəlif tərəfdaşlarla fəal şəkildə çalışmış və Mərkəz tərəfindən təşkil edilən tədbirlərdə Fransadan olan nümayəndələr də iştirak edib".

Bildirilib ki, hazırkı Fransa administrasiyasının siyasəti sayəsində Azərbaycan və Fransa arasındakı münasibətlər ciddi dərəcədə korlanıb. Nəticədə Azərbaycanın Fransa ilə, daha geniş mənada Avropa İttifaqı (Aİ) ilə münasibətləri Ermənistan-Azərbaycan mübahisələrinin girovuna çevrilib:

"Qeyd edilənlər fonunda biz rəsmi Parisin üzləşdiyi müəyyən beynəlxalq məsələlər, Fransanın dənizarxası əraziləri ilə münasibətlərində olan problemlər də daxil olmaqla xarici siyasətindəki yanlış addımlara və uğursuzluqlara görə Azərbaycanı ittiham etməsinin şahidi oluruq. Etnik təmizləmə və işğal siyasətinə baxmayaraq, Fransanın dəstəyindən faydalanan Ermənistan Azərbaycana təzyiq göstərmək məqsədilə bu ölkədən istifadə edir".

Bəyanatda o da diqqətə çatdırılıb ki, BMTM avropalı tərəfdaşları ilə əməkdaşlığın gücləndirilməsinə sadiq qalıb və ardıcıl qaydada ortaq maraq doğuran məsələlərin birgə müzakirəsinə çalışıb:

"Bu səbəbdən dialoq və insan haqlarının müdafiəsi platforması olduğunu iddia edən Civilnet tərəfindən dərc edilən yazı BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevə də ünvanlanmaq üzrə əsassız iddialar və şəxsi hücumlardan ibarətdir".

Qeyd edək ki, Civilnet resursunun yazısında qeyd edilib ki, guya Fərid Şəfiyevin rəhbərlik etdiyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin bəyanatları və sosial media yazıları xüsusi olaraq Fransanı qaralamağa (qarayaxmaya) və “dekolonizasiya” adlandırdıqları şeyi təbliğ etməyə yönəlib.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://report.az
archiveBu xəbər 24 Dekabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see299

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see247

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see193

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see181

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see160

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see157

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see127

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri