Polşa Aİ Şurasına sədrliyi dövründə ErmənistanAzərbaycan münasibətlərinin normallaşmasına çalışacaq
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Polşa Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına və Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə səy göstərəcək.
"Report" xəbər verir ki, bu, Polşanın Aİ Şurasına sədrliyi ilə əlaqədar fəaliyyət proqramında öz əksini tapıb.
Bildirilib ki, bu addımlar Bakı ilə İrəvanın Aİ ilə əməkdaşlığının inkişafına da imkan yaradacaq.
"Həmçinin gürcü xalqının Aİ-yə üzvlük arzuları dəstəklənəcək. Bununla yanaşı, ümumi xarici və təhlükəsizlik siyasəti (ÜXTS) çərçivəsində Qərbi Balkanlar və Türkiyənin Aİ ilə sıx əməkdaşlıq orbitində qalmasını təmin etmək üçün davamlı siyasi dialoqun qorunması da daxil olmaqla, səylər göstəriləcək", - proqramda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 03 Yanvar 2025 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















