Icma.az
close
up
RU
BMTnin ali məhkəmə orqanı

BMTnin ali məhkəmə orqanı

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Beynəlxalq Ədalət Məhkəməsinin yaranmasından 104 il ötür...

Dünyada hegemonluğu ələ keçirmək istəyən qüdrətli dövlətlərin iddiaları bitib tükənmək bilmir. Elə buna görə də ötən əsrdə baş verən iki dünya müharibəsi bəşəriyyətə çox böyük itkilər hesabına başa gəldi. Nəticədə beynəlxalq miqyasda sülhü və təhlükəsizliyi qoruyub saxlamaq, beynəlxalq mübahisələrin və münaqişələrin dinc vasitələrlə və ədalətlə nizama salınmasını təmin etmək üçün beynəlxalq bir təşkilatın yaradılmasına böyük zərurət var idi...

Daimi Beynəlxalq Ədalət Məhkəməsi

Bu gün Daimi Beynəlxalq Ədalət Məhkəməsinin (DBƏM) yaranmasından 104 il ötür. Mübahisələrin sülh yolu ilə həlli üçün nəzərdə tutulmuş ilk beynəlxalq məhkəmə orqanı Millətlər Birliyinin himayəsində 1920-ci ildə yaradılan Daimi Beynəlxalq Ədalət Məhkəməsi idi. Palata Millətlər Birliyi tərəfindən yaradılıb və maliyyələşdirilib. Bununla birlikdə Palata Liqanın bir hissəsi deyildi. Liqaya üzv olan bir dövlət avtomatik olaraq DBƏM nizamnaməsinə tərəf çevrilməmişdi. Digər tərəfdən, bu müqavilələrlə əlaqəli mübahisələrdə PPMP-nin yurisdiksiyasını təmin edən bir neçə yüz müqavilə imzalanmışdı.

Beynəlxalq Ədalət Məhkəməsinin yaradılması

1922-1940-cı illər arasında DBƏM 29 dövlət mübahisəsinə qərar vermiş və demək olar ki, hamısı həyata keçirilmiş 27 məsləhət rəyi vermişdi. Palata beynəlxalq hüququn inkişafına da böyük töhfə verib. Fəaliyyəti İkinci Dünya ?üharibəsi ilə kəsildi və daha sonra 1946-cı ildə Millətlər Birliyi ilə birlikdə Palata ləğv edildi. Palatanın yerinə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsi gəlir.

Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanıdır. Onun qərargahı Niderlandın Haaqa şəhərindəki Sülh Sarayındadır. Məhkəmənin iş prinsipi geniş məhkəmə fəaliyyəti ilə xarakterizə olunur. Onun əsas vəzifələri dövlətlərə təqdim edilmiş hüquqi mübahisələrin həlli və lazımi qaydada səlahiyyətli beynəlxalq orqanlar və qurumlar tərəfindən ona təqdim edilmiş hüquqi məsələlər üzrə məsləhətçi rəy verməkdir. Beynəlxalq Məhkəmə tərəfindən qəbul edilən qərarların sayı nisbətən az idi, lakin 1980-ci ildən başlayaraq, xüsusən də inkişaf etməkdə olan ölkələr arasında Məhkəmədən istifadə etmək istəyi açıq şəkildə ortaya çıxmışdı.

Beynəlxalq Məhkəmə vətəndaşlıqlarından asılı olmayaraq yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslərdən seçilmiş və müstəqil hakimlər kollegiyasını təşkil edən on beş nəfərdən ibarətdir. Beynəlxalq Məhkəmənin hakimləri əsasən BMT-nin üzv dövlətlər arasından seçilir. BMT-in Baş Assambleyası və BMT-nin Təhlükəsizlik Şurası 15 hakimi ayrı-ayrılıqda müstəqil şəkildə seçir. Hakimliyə namizədlər həm Baş Assambleyada, həm də Təhlükəsizlik şurasında birgə topladıqları səs sayına görə seçilirlər. Əgər bir dövlətin bir neçə namizədi çox səs toplayıbsa, onların ən yaşlısı hakim seçilir. Hər bir hakim ayrı-ayrı ölkənin vətəndaşı olmalıdır, yəni bir dövləti eyni vaxtda iki hakim təmsil edə bilməz. Seçim zamanı namizədlərin təkcə göstərilən tələblərə uyğunluğu deyil, həm də onların hansı hüquq sistemini təmsil etməsi də nəzərə alınır.

Seçilmiş hakimlər öz hüquqlarından 9 il müddətində istifadə edə bilərlər. Yəni hakimlər 9 illiyinə seçilirlər. Hakimlərin 9 illik seçilməyinə baxmayaraq, seçkilər hər üç ildən bir keçirilir və hər seçkidə 5 köhnə hakimi yeniləri əvəz edir. Statut hakimlərə yenidən seçilmək hüququ da verir. Seçilən hər bir hakim diplomatik toxunulmazlığa malik olur və elmi, pedoqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir işlə məşğul ola bilməzlər.

Ölkəmizin lehinə qərarlar...

Qeyd edək ki, son illər Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın ölkəmizə qarşı olan əsassız iddialarını rədd edib. Bəlli olduğu kimi, ermənilər və havadarlarından başqa heç bir təşkilat, yaxud dövlət Qarabağda yaşayan ermənilər üçün hansısa bir problem yaşandığını ortaya qoya bilməyib. Rəsmi Bakı bununla bağlı dəfələrlə müxtəlif kadrlar, o cümlədən video görüntülər təqdim edib.

Xatırladaq ki, 7 dekabr 2021-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib.

Ötən il aprelin 21-də isə Azərbaycan tərəfi “İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında”“ Konvensiya çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış əsas iddiaya qarşı ilkin etirazlarını Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi təqdim edib. Azərbaycanın qeyd edilən ilkin etirazları ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb.

10 iddiadan 7-si rədd edilib

Beynəlxalq Ədalət Məhkəməsi, həmçinin 2023-cü il noyabrın 17-də Ermənistanın Azərbaycana qarşı 10 iddiasından 7-sini rədd edib. Məhkəmə öz qərarında Azərbaycanın Qarabağ üzərində suverenliyini və ərazi bütövlüyünü təsdiqləyib, Azərbaycanın hərbi və hüquq-mühafizə orqanlarının Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini rədd edib. Həmçinin qərara əsasən, Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasəti qəbul edilib. Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə Azərbaycanın öhdəliyini əhatə edir.

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Dekabr 2024 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri