Icma.az
close
up
RU
BMTnin Baş katibi: İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər

BMTnin Baş katibi: İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Dünya qlobal temperatur artımını 1,5 dərəcə Selsi səviyyəsinə qədər məhdudlaşdırmaq üçün geri sayım mərhələsindədir və heç bir ölkə bunun nəticələrindən qaça bilməz. Buna görə də COP29-da bu mübarizəni dəstəkləyən ədalətli, səmərəli karbon bazarları, yerli icmaların hüquqlarına hörmət edən və "yaşıl yuyulma" və ya torpaq zəbtinə yer qoymayan bazarlar üçün qaydalar razılaşdırılmalıdır".

Moderator.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılışında bildirib.

"İqtisadi zərurət hər yeni bərpa olunan enerji mənbələrinin tətbiqi, hər innovasiya və hər qiymət azalması ilə daha aydın və inandırıcı olur. Keçən il ilk dəfə olaraq elektrik şəbəkələrinə və bərpa olunan enerji mənbələrinə investisiyaların həcmi qalıq yanacağa çəkilən xərcləri üstələyib. Demək olar ki, hər yerdə günəş və külək enerjisi yeni və ən ucuz elektrik enerjisi mənbələrinə çevrilir", - Quterreş deyib.

Onun sözlərinə görə, təmiz enerji inqilabı artıq buradadır və heç kim bunu dayandıra bilməz. "Lakin siz qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq üçün bunun ədalətli və kifayət qədər sürətli olmasını təmin edə bilərsiniz və etməlisiniz", - Baş katib vurğulayıb.

O hamını üç prioritetə diqqət yetirməyə çağırıb. Birincisi, qlobal temperatur artımını məhdudlaşdırmaq üçün emissiyalar təcili surətdə azaldılmalıdır ki, bunun üçün də emissiyaların hər il 9 faiz azaldılması vacibdir. 2030-cu ilə qədər emissiyalar 2019-cu ildəki səviyyə ilə müqayisədə 43 faiz azalmalıdır. Bu o deməkdir ki, onlar bütün emissiyaları və iqtisadiyyatı əhatə etməli, bərpa olunan enerji mənbələrinin gücünün üçqat, enerji səmərəliliyinin ikiqat artırılması və meşələrin qırılmasının dayandırılması üzrə qlobal hədəfləri təşviq etməlidir.

Eyni zamanda, qlobal qalıq yanacaq istehsalı və istehlakını 30 faiz azaltmalı, zəruri investisiyaları cəlb etmək üçün milli enerji keçidi strategiyalarını və dayanıqlı inkişaf prioritetlərini iqlim fəaliyyətləri ilə uzlaşdırmalıdırlar.

"Bütün ölkələr öz töhfəsini verməlidir. Lakin G20 liderlik etməlidir. Onlar ən böyük emitentlərdir və ən böyük imkanlara, eləcə də məsuliyyətə malikdirlər və inkişaf etmiş ölkələrin dəstəyi ilə inkişaf etməkdə olan iqtisadiyyatlara texnoloji nou-haularını birləşdirməlidirlər", - A.Quterreş bildirib.

BMT-nin Baş katibi onu da deyib ki, insanları iqlim böhranının dağıdıcı nəticələrindən qorumaq üçün daha çox iş görmək lazımdır: "Ən həssas olanlar iqlim ekstremal hadisələri qarşısında tərk edilmiş vəziyyətdə qalırlar. 2030-cu ilə qədər uyğunlaşma ehtiyacları və maliyyələşdirmə arasındakı fərq ildə 359 milyard dollara çata bilər. Bu çatışmayan dollarlar balansda mücərrəd rəqəmlər deyil - bu, ümidsiz həyatlar, itirilmiş məhsullar və buraxılan inkişafdır".

Onun sözlərinə görə, indi maliyyələşdirmə vədlərini yerinə yetirmək həmişəkindən daha vacibdir. İnkişaf etmiş ölkələr 2025-ci ilə qədər uyğunlaşma maliyyələşdirməsini ildə ən azı 40 milyard dollara qədər ikiqat artırmağa çatmalıdırlar.

A.Quterreş qeyd edib ki, öhdəliklərin real pula çevrilməsi zərurətini nəzərə alaraq, üçüncü prioritet maliyyələşdirmədir: "COP29 iqlim maliyyəsi yolundakı divarları dağıtmalıdır. İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər. Razılaşma zəruridir. Bizə müvafiq ana uyğun yeni maliyyə hədəfi lazımdır. İqlim maliyyələşdirməsi lazımdır, əks halda bəşəriyyət bunun əvəzini ödəyəcək".

“İqlim maliyyəsi xeyriyyəçilik deyil, bu bir investisiyadır, iqlim fəaliyyətləri seçim deyil, imperativdir”, - BMT-nin Baş katibi çıxışını yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Noyabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri