Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

BMTnin demoqrafiya proqnozları 10 milyardı keçəcək

BMTnin demoqrafiya proqnozları 10 milyardı keçəcək

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının ("BMT") proqnozlarına əsasən, 2070-ci ilə qədər Afrikanın əhalisi iki dəfə artaraq 3,2 milyarda çatacaq. Avropa və Asiyada isə əhalinin sayında nəzərəçarpacaq dərəcədə azalma qeydə alınacaq.

Qaynarinfo Valyuta.Az-a istinadən xəbər verir ki, "BMT"nin dünya əhalisi ilə bağlı proqnozlarına görə, 2070-ci ilə qədər qlobal demoqrafiyada əsaslı dəyişikliklər baş verəcək. Hazırda 1,5 milyard insanın yaşadığı Afrika, qarşıdakı 50 ildə əhalisini iki dəfədən çox artıraraq təxminən 3,2 milyard nəfərə çatdıracaq. Bu artım, Afrikanı dünya əhali artımının mərkəzinə çevirəcək. Digər bölgələrdə isə fərqli trendlər müşahidə olunacaq.

Avropanın əhalisi artıq azalmağa başlayıb və bu azalma tempinin davam edəcəyi gözlənilir. Asiya və Latın Amerikasının əhalisi isə 2050-ci ildən sonra azalmağa başlayacaq. Şimali Amerikada artım olsa da, bu artım Afrikadakı qədər sürətli olmayacaq.

Afrikanın gənc əhalisi iqtisadi artım üçün böyük potensial yaradır. Lakin bu sürətli artım təhsil, səhiyyə və infrastruktur sahələrində ciddi çətinliklərə səbəb ola bilər. Digər tərəfdən, Avropa və Asiyada əhalinin azalması iqtisadi artıma mənfi təsir göstərə bilər, amma eyni zamanda ətraf mühitin dayanıqlılığı və resursların daha səmərəli istifadəsi baxımından yeni imkanlar təqdim edə bilər.

Bu demoqrafik dəyişikliklər təkcə bölgələr arasındakı tarazlığı deyil, həm də qlobal iqtisadiyyat, miqrasiya hərəkətləri və resurs idarəçiliyinə təsirləri ilə dünya düzənini dəyişdirəcək.

Demoqrafik dinamikalar nə deyir?

"Our World in Data" məlumatlarına əsasən, dünya əhalisinin 2100-cü ilə qədər keçəcəyi dəyişikliklərin mərkəzində Afrikanın sürətli artımı dayanır. 2023-cü ildə təxminən 1,4 milyard olan Afrika əhalisinin əsrin sonunda 4 milyarda yaxınlaşacağı gözlənilir. Bu artım, Afrikanın qlobal əhalidəki payını 18%-dən 38%-ə yüksəldəcək.

Asiya isə 2023-cü ildə 4,8 milyardlıq əhalisi ilə lider mövqedədir. Bölgənin əhalisi 2050-ci ildə 5,3 milyarda çatdıqdan sonra azalacaq və 2100-cü ildə bugünkü səviyyələrə geri dönəcək. Asiyanın qlobal əhali sayındakı payı isə 60%-dən 45%-ə düşəcək.

Əsrin sonunda dünya əhalisinin 80%-dən çoxunun Asiya və Afrikada yaşayacağı gözlənilir. Digər bölgələr isə daha mülayim artım göstərəcək. Avropa isə əhalisi azalan yeganə qitə olaraq seçiləcək.

Bu dəyişikliklər dünya miqyasında yeni imkanlar və problemlər yaradacaq. Xüsusilə Afrikada yoxsulluğun artması və qitənin qlobal iqtisadi balansdakı rolunun böyüməsi gözlənilir. Asiyada isə əhalinin azalması işçi qüvvəsi və yaşlanan cəmiyyətlə bağlı problemləri gündəmə gətirəcək.

Demoqrafik dinamikalardakı bu dəyişikliklər 21-ci əsrin iqtisadi, sosial və siyasi xəritəsini yenidən formalaşdıracaq kimi görünür.

Dünya əhalisinin artım tempi

"BMT"nin statistik məlumatlarına əasasən dünya ilk milyardına 1805-ci ildə çatıb. İkinci milyard üçün 120 il gözləmək lazım gəlib. Üçüncü milyarda çatmaq isə cəmi 35 il çəkib. Daha sonra 4-cü milyard üçün 14 il kifayət edib. Ən sürətli artım dövrü 1974-2011-ci illərdə olub. Bu dövrdə 5-ci, 6-cı və 7-ci milyard artımları yalnız 12-13 il ərzində baş verib.

Lakin artım zirvəyə çatıb. İndi hər bir milyard üçün keçən müddətin uzanacağı gözlənilir. 2037-ci ildə 9 milyarda çatmaq 14 il, 2058-ci ildə 10 milyarda çatmaq isə 21 il çəkəcək. "BMT"nin son proqnozlarına görə, dünya əhalisinin bu əsrdə 11 milyarda çatmayacağı ehtimal olunur.

Əhalinin 2086-cı ildə 10,4 milyardla zirvəyə çatacağı və daha sonra azalacağı təxmin edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Dekabr 2024 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see363

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see317

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see283

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see259

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see256

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see247

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see236

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see230

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see228

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see226

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see210

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see209

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see206

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see203

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see202

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see201

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see198

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see197

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see187

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri