Icma.az
close
up
RU
BMTnin Əhali Fondunun Fəallıq Kampaniyası başa çatıb

BMTnin Əhali Fondunun Fəallıq Kampaniyası başa çatıb

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, "Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək!" şüarı altında keçirilən builki kampaniya texnologiya vasitəsilə törədilən gender əsaslı zorakılıqla mübarizə mövzusuna həsr olunub. Kampaniyanın məqsədi texnologiyaların qadınlara və qızlara qarşı zorakılıq törətmək məqsədilə bir alət kimi istifadə olunması probleminə ictimaiyyətin diqqətini çəkmək, İnternetdən təhlükəsiz istifadə qaydalarını təşviq etmək, habelə geniş əhali kütləsini zorakılıqdan müdafiə mexanizmləri haqqında məlumatlandırmaqdan ibarət olub.
Qeyd etmək lazımdır ki, dünyada qadınların 85%-i texnologiya vasitəsilə törədilən zoraklığa məruz qalıb və ya digər qadınlara qarşı törədilən bu cür zorakılığın şahidi olub. Dünyada qadınların 57%-nin onlayn videoları və ya şəkilləri sui-istifadə və ya təhrif edilib.
UNFPA-nın bu təşəbbüsü qadınların və qızların texnologiyalardan təhlükəsiz istifadə etməsi üçün cəmiyyətin bütün təbəqələrini səfərbər olmağa çağırıb.
Kampaniya çərçivəsində gender bərabərliyi, gender əsaslı zorakılıq , eləcə də texnologiya vasitəsilə törədilən zorakılıqdan müdafiə mexanizmlərinə dair hazırlanmış materiallar müxtəlif platformalar vasitəsilə ictimaiyyətə təqdim olunub. Eyni zamanda, sosial şəbəkələr vasitəsilə yayımlanan maarifləndirici video materiallar və sosial çarx hədəf auditoriyalarına gender əsaslı zorakılıqla mübarizənin əhəmiyyətini çatdırıb, rəqəmsal zorakılıqdan müdafiə yollarına diqqət çəkib.
16 Günlük Fəallıq Kampaniyasının əsas komponentləndən biri olan məlumatlandırma sessiyaları Bakı, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Qarabağ bölgələrini əhatə edib. Məktəb və icmalarda təşkil edilmiş sessiyalarda qadınlara qarşı texnoloji zorakılığın müxtəlif formaları, o cümlədən, təhqir, təqib, şantaja məruz qalma və şəxsi məlumatların icazəsiz paylaşılması hallarından müdafiə yolları haqqında məlumat verilib. Tədbirlərdə iştirak edən tanınmış influyenserlər sosial şəbəkələrdən istifadə zamanı şəxsi məlumatların paylaşılması ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüb.
Kampaniya çərçivəsində məişət zorakılığından müdafiə ilə bağlı UNFPA tərəfindən hazırlanmış veb-resurs da ictimaiyyətə təqdim olunub. Məişət zorakılığı və gender əsaslı zorakılıqla üzləşmiş şəxslər bu onlayn resurs vasitəsilə müvafiq dəstək xətləri, sığınacaqlar və digər xidmətlər barədə ətraflı məlumat əldə edə bilər.
AzVision.az Qalereya
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Dekabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri