Icma.az
close
up
RU
BMTnin Əhali Fondunun Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək! şüarı altında keçirdiyi 16 Günlük Fəallıq Kampaniyası başa çatıb

BMTnin Əhali Fondunun Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək! şüarı altında keçirdiyi 16 Günlük Fəallıq Kampaniyası başa çatıb

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

BMT-nin Əhali Fondunun (UNFPA) Yaponiyanın "Takeda Pharmaceutical Company Limited" şirkətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınlar diqqət mərkəzində: qadınlara qarşı zorakılıq pandemiyası ilə mübarizə” layihəsi çərçivəsində icra edilən 16 Günlük Fəallıq Kampaniyası başa çatıb.

"Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək!" şüarı altında keçirilən builki kampaniya texnologiya vasitəsilə törədilən gender əsaslı zorakılıqla mübarizə mövzusuna həsr olunub. Kampaniyanın məqsədi texnologiyaların qadınlara və qızlara qarşı zorakılıq törətmək məqsədilə bir alət kimi istifadə olunması probleminə ictimaiyyətin diqqətini çəkmək, İnternetdən təhlükəsiz istifadə qaydalarını təşviq etmək, habelə geniş əhali kütləsini zorakılıqdan müdafiə mexanizmləri haqqında məlumatlandırmaqdan ibarət olub.

Qeyd etmək lazımdır ki, dünyada qadınların 85%-i texnologiya vasitəsilə törədilən zoraklığa məruz qalıb və ya digər qadınlara qarşı törədilən bu cür zorakılığın şahidi olub. Dünyada qadınların 57%-nin onlayn videoları və ya şəkilləri sui-istifadə və ya təhrif edilib.

UNFPA-nın bu təşəbbüsü qadınların və qızların texnologiyalardan təhlükəsiz istifadə etməsi üçün cəmiyyətin bütün təbəqələrini səfərbər olmağa çağırıb.

Kampaniya çərçivəsində gender bərabərliyi, gender əsaslı zorakılıq , eləcə də texnologiya vasitəsilə törədilən zorakılıqdan müdafiə mexanizmlərinə dair hazırlanmış materiallar müxtəlif platformalar vasitəsilə ictimaiyyətə təqdim olunub. Eyni zamanda, sosial şəbəkələr vasitəsilə yayımlanan maarifləndirici video materiallar və sosial çarx hədəf auditoriyalarına gender əsaslı zorakılıqla mübarizənin əhəmiyyətini çatdırıb, rəqəmsal zorakılıqdan müdafiə yollarına diqqət çəkib.

16 Günlük Fəallıq Kampaniyasının əsas komponentləndən biri olan məlumatlandırma sessiyaları Bakı, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Qarabağ bölgələrini əhatə edib. Məktəb və icmalarda təşkil edilmiş sessiyalarda qadınlara qarşı texnoloji zorakılığın müxtəlif formaları, o cümlədən, təhqir, təqib, şantaja məruz qalma və şəxsi məlumatların icazəsiz paylaşılması hallarından müdafiə yolları haqqında məlumat verilib. Tədbirlərdə iştirak edən tanınmış influyenserlər sosial şəbəkələrdən istifadə zamanı şəxsi məlumatların paylaşılması ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüb.

Kampaniya çərçivəsində məişət zorakılığından müdafiə ilə bağlı UNFPA tərəfindən hazırlanmış veb-resurs da ictimaiyyətə təqdim olunub. Məişət zorakılığı və gender əsaslı zorakılıqla üzləşmiş şəxslər bu onlayn resurs vasitəsilə müvafiq dəstək xətləri, sığınacaqlar və digər xidmətlər barədə ətraflı məlumat əldə edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Dekabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri