Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İsrail bu aviabazadan personalı təxliyə edir

Sumqayıt ın Antalya toplanışı

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

BMU da elmi fəaliyyətin gücləndirilməsinə dair seminar keçirilib

BMU da elmi fəaliyyətin gücləndirilməsinə dair seminar keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 oktyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) fakültə dekanları, kafedra müdirləri, müəllimlər və əməkdaşların iştirakı ilə elmi-tədqiqat və innovasiya fəaliyyətinin institusional potensialının gücləndirilməsi və inkişafının təşviqinə həsr olunan seminar keçirilib.

BMU-dan AZƏRTAC-a bildirilib ki, seminarda elm və innovasiya məsələləri üzrə prorektor Ağası Məlikov ali məktəbdə son illər elmi-tədqiqat fəaliyyətinin inkişaf dinamikasından danışıb. Prorektor universitetin elmi potensialının daha da artırılması, elmi nəticələrin beynəlxalq elmi bazalarda geniş şəkildə təmin olunmasının vacibliyini qeyd edib. Vurğulanıb ki, elmi fəaliyyətin institusional səviyyədə təşkili, idarəolunması, habelə fakültə və kafedraların bu prosesdə fəal iştirakı universitetin reytinq göstəricilərinin yüksəlməsində mühüm rol oynayır.

Sonra BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mais Əzizov mövzu ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda QS reytinq metodologiyası, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda (“Web of Science” və “Scopus”) 2025-ci ilə aid məqalələrin statistik göstəriciləri təqdim olunub. Qeyd edilib ki, son iki ildə universitet əməkdaşlarının bu bazalarda dərc olunmuş məqalələrinin sayı artıb. Həmçinin fakültə və kafedralar üzrə məqalə müəlliflərinin sayı, beynəlxalq həmmüəlliflik əlaqələri, eləcə də ölkələr üzrə elmi əməkdaşlıq göstəriciləri barədə məlumat verilib. Təqdimat zamanı müsbət nəticələr, zəif qalan istiqamətlər və atılmalı addımlar təhlil olunub, kafedraların elmi fəaliyyətini gücləndirmək üçün konkret vəzifələr müəyyənləşdirilib.

Bundan başqa, seminarda iştirakçılara akademik informasiya bazaları və nəşriyyat platformaları, eyni zamanda pulsuz məqalə dərcinə imkan verən resurslar haqqında informasiyalar təqdim olunub. Elmi məhsuldarlığın artırılması üçün müəlliflərin “Google Scholar”da profil yaratmasının əhəmiyyəti və bu addımın tədqiqatçıların beynəlxalq mühitdə tanınmasını artırmaqla yanaşı, universitetin reytinqlərdəki mövqeyinə təsiri vurğulanıb.

Müzakirələr zamanı akademik heyətin daha geniş müstəvidə elmi fəaliyyətə cəlb olunması, bu yöndə işin intensivləşdirilməsi zərurəti diqqətə çatdırılıb. Eyni zamanda, yeni elmi informasiya bazası-“ProQuest Central”dan istifadənin genişləndirilməsi təklif olunub.

Sonda belə seminarların BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 9-cu istiqamət (sənaye, innovasiya və inkişaf) hədəflərinə uyğun olması, elmi-tədqiqat fəaliyyətinin keyfiyyət və kəmiyyət göstəricilərinin artırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də QS metodologiyasına əsaslanan fəaliyyətin təkmilləşdirilməsi üzrə fikir mübadiləsi aparılıb və bir sıra təkliflər irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see188

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see170

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see146

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see146

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see137

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see137

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see135

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri