Icma.az
close
up
RU
BMU da elmi seminar keçirilib FOTO

BMU da elmi seminar keçirilib FOTO

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bakı Mühəndislik Universitetində (BMU) “Multikulturalizm işığında Azərbaycanın milli-mənəvi dəyərləri” mövzusunda elmi seminar keçirilib. 

Modern.az xəbər verir ki, seminarın məqsədi multikulturalizm anlayışının elmi və sosial aspektlərini müzakirə etmək, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və təbliği məsələlərinə diqqət çəkmək olub.   

Seminarı giriş nitqi ilə Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva açıb. Ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışan kafedra müdiri çıxışında multikuralizmin müasir cəmiyyətlər üçün mühüm dəyər olduğunu önə çəkib, müxtəlif mədəniyyətlərin qarşılıqlı hörmət və anlaşma şəraitində bir arada yaşamasının əhəmiyyətini qeyd edib. Həmçinin vurğulayıb ki, texnologiyanın sürətli inkişafı, süni intellekt kimi yeni çağırışların meydana çıxması fonunda milli-mənəvi dəyərlərin qorunması daha da aktuallaşır. O əlavə edib ki, qloballaşma müxtəlif mədəniyyətlərin qarşılıqlı təsirini artırsa da, bu proses milli kimliyin və dəyərlərin qorunması ilə paralel aparılmalıdır.       

Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov mövzuya dair geniş məruzə ilə çıxış edib. Çıxışda multikulturalizm anlayışının mahiyyəti, çoxmədəniyyətlilik və müxtəlif mədəniyyətlərin bir arada yaşaması prinsipləri haqqında geniş məlumat verilib. Şöbə müdiri bildirib ki, multikulturalizm yalnız həyat tərzi deyil, eyni zamanda Azərbaycanda və bir sıra ölkələrdə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Natiq tolerantlıq prinsipinə toxunaraq qeyd edib ki, multikulturalizm müxtəlif xalqların və mədəniyyətlərin öz kimliyini qoruyaraq cəmiyyət daxilində qarşılıqlı hörmət və əməkdaşlıq mühitində yaşamasına imkan yaradır. Çıxışda, habelə dünyada multikulturalizmin mövcud vəziyyəti və bu sahədə müxtəlif ölkələrin təcrübəsi barədə fikirlər də səsləndirilib.       

BMU-nun Ümumi fənlər kafedrasının dosenti Qafar Ocaqlı isə məruzəsində multikulturalizm və milli-mənəvi dəyərlər arasındakı əlaqədən bəhs edib. Bildirib ki, hər bir cəmiyyətdə mövcud olan müxtəliflik həmin cəmiyyətin intellektual və mədəni zənginliyinin göstəricidir. O, fərqli dəyərlərə hörmətlə yanaşmaqla yanaşı, öz milli və mənəvi dəyərlərimizi qorumağın  da mühüm əhəmiyyət kəsb etdiyini deyib. Elm və texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə mədəniyyətlərin bir-birinə təsiri təbii prosesdir, lakin bu, milli dəyərlərin itirilməsi demək deyil.  Qafar Ocaqlı dünyada elm və texnologiya sahəsində inkişaf etmiş, eyni zamanda öz dəyərlərini qoruyub saxlayan xalqlarla bağlı konkret misallar göstərib. Məruzədə, həmçinin Azərbaycanın da tarix boyu müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğu, xalqımızın öz inancını və dəyərlərini qorumağı bacardığı nəzərə çatdırılıb.   

Sonda seminar iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb və multikulturalizm ideyalarının təbliği istiqamətində bu cür elmi müzakirələrin əhəmiyyəti vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Mart 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see355

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see230

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see191

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see191

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see190

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see190

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see187

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see184

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri