Icma.az
close
up
RU
BMU da praktik seminar keçirilib FOTO

BMU da praktik seminar keçirilib FOTO

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bakı Mühəndislik Universitetində (BMU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının ilk dövlət Konstitusiyası” mövzusunda tələbələr üçün praktik seminar keçirilib. 

Modern.az xəbər verir ki, seminarda çıxış edən BMU-nun Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının dövlətçilik tariximiz, milli qanunlarımız, eləcə də suverenliyimizin bərpası prosesinin dərindən öyrənilməsi, geniş təbliği baxımından əhəmiyyətini diqqətə çatdırıb. O, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrlərdə demokratik prinsiplərin bərqərar olunması, siyasi islahatların həyata keçirilməsi istiqamətində atdığı mühüm addımları vurğulayıb və 1995-ci il, noyabrın 12-də qəbul olunan yeni Konstitusiyanı bu islahatların tərkib hissəsi kimi qeyd edib. Eyni zamanda sonrakı mərhələdə Prezident İlham Əliyevin dövlətin ali qanununun daha da təkmilləşdirilməsi ilə əlaqədar gördüyü böyük işləri sadalayıb, habelə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatları nəticəsində dövlət suverenliyimizin tam bərpasının ölkəmizin böyük tarixi qələbəsi olduğunu söyləyib.

Sonra kafedranın dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Xaqan Balayev və müəllimi Ramiz Nəcəfli mövzuya dair məruzə ilə çıxış ediblər. Məruzələrdə müstəqil Azərbaycanın ilk Konstitusiyasında vətəndaşlara verilən hüquq və azadlıqlardan, ölkənin siyasi-ərazi quruluşu, hakimiyyət qolları və onların vəzifələrindən geniş bəhs olunub. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı müxtəlif vaxtlarda  keçirilən referendumlar barədə də danışan məruzəçilər onların demokratik dəyərlər, siyasi azadlıqların atrılması, beynəlxalq təcrübə ilə möhkəmlənməsi mahiyyəti daşıdığını bildiriblər. Seminarda, həmçinin Azərbaycanın suverenliyinin pozulduğu dövr, mürəkkəb siyasi şərait tarixi xronologiya ilə nəzərə çatdırılıb, eləcə də 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, ardınca qısamüddətli uğurlu antiterror əməliyyatları ilə ölkəmizin bütün ərazisində konstitusiya quruluşunun tam bərpa olunduğu vurğulanıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Aprel 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri