Icma.az
close
up
RU
BMU da tələbələrin elmi texniki konfransı keçirilib FOTO

BMU da tələbələrin elmi texniki konfransı keçirilib FOTO

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin Avtomatika, telekommunikasiya və energetika kafedrasının yaranmasının 6 illiyinə həsr olunmuş elmi-texniki konfransı keçirilib.

Modern.az xəbər verir ki, kafedranın müdiri professor Ramiz Hümbətov konfransda açılış nitqi ilə çıxış edərək təhsilverənlərlə təhsilalanların qarşısında dayanan vacib məsələləri diqqətə çatdırıb. Bildirib ki, təhsilalanların tələbəlik illərində qazandığı elmi tədqiqat təcrübəsi gələcəkdə yaxşı mütəxəssis və uğurlu alim olmaq üçün əlverişli zəmin yaradır.

Sonra çıxış edən tədris işləri üzrə prorektor professor Həmzağa Orucov  belə bir tədbirin təşkilini təqdirəlayiq qiymətləndirib. Prorektor aparılan elmi araşdırmaların nəticələrinin konfransda məruzə edilməsini müsbət addım adlandırıb və hər bir tələbənin ixtisas fənlərinin məzmununu necə mənimsədiyinin tədbir müstəvisində aydın göründüyünü deyib.    

Elmi işlər üzrə prorektor professor Ağası Məlikov da elmi uğurların əsasının belə tədbirlərlə başladığını ifadə edərək tələbələri tədqiqatlara dərin maraq göstərməyə çağırıb.  Bunun üçün universitetdə hər cür şəraitin mövcudluğunu söyləyən prorektor BMU rəhbərliyinin tələbələrə bu istiqamətdə həmişə dəstək verməyə hazır olduğunu vurğulayıb. 

Tədbirdə Mühəndislik fakültəsinin dekanı Asif Quliyev və digər çıxış edənlər belə konfransların əhəmiyyətini, davamlı təşkilinin vacibliyini bildiriblər.  

Sonra “Elektrotexnika və energetika” bölməsi üzrə tələbələrin alternativ enerji mənbələrinə, enerji şəbəkələrinin hesablanmasına, avadanlıqların mühafizəsinə, enerji təchizatı sistemlərinin kompüter modelləşdirilməsinə həsr olunmuş 17, habelə “Radiotexnika, telekommunikasiya və avtomatika” bölməsi üzrə telekommunikasiya sistemlərinin xarakteristikalarının tədqiqinə, obyektlərin modelləşdirilməsinə, işıqlandırma və suvarma sistemlərinin avtomatik idarə edilməsinə  həsr olunmuş 11 məruzəsi dinlənilib. 

Konfransın bölmə iclaslarında məruzələr ətrafında geniş müzakirələr aparılıb. 

Sonda konfransda məruzə ilə çıxış edən tələbələrə sertifikatlar təqdim olunub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Mart 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri