Icma.az
close
up
RU
BMU da Milli Qurtuluş Günü qeyd olunub

BMU da Milli Qurtuluş Günü qeyd olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 iyun, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) 15 İyun-Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon 40 saylı ərazi təşkilatı ilə birgə gerçəkləşdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad olunub, Dövlət Himni səsləndirilib. Ardınca Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, YAP Abşeron rayon 40 saylı ərazi təşkilatının sədri Bayram Hüseynzadə Milli Qurtuluş Gününün Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz dərin siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət müstəqilliyinin itirilməsi riski ilə üz-üzə qalmışdı. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımız işğal edilirdi. Bayram Hüseynzadə vurğulayıb ki, xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev özünün yüksək dövlətçilik təfəkkürü, strateji baxışı, siyasi iradəsi və nadir şəxsiyyətə xas xüsusiyyətləri sayəsində ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində taleyüklü addımların atılmasına nail olub. Ulu Öndər Azərbaycanın parçalanmaq və müstəqilliyini itirmək təhlükəsinin qarşısını alaraq xilaskarlıq missiyasını uğurla yerinə yetirib. Ümummilli Liderin gənclər siyasətindən, bu siyasətin Prezident İlham Əliyev tətəfindən uğurla davam etdirilməsindən ətraflı danışan, tələbələrə tövsiyələrini çatdıran prorektor Milli Qurtuluş Gününün xalqımızın iradəsinin, dövlətçilik əzminin və milli birliyinin rəmzi kimi tarixdə əbədi qalacağına inamını ifadə edib.

BMU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektoru Mikayıl Zeynalov çıxışında Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələnin başlandığını deyib. Vurğulayıb ki, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu və iqtisadi dirçəliş istiqamətində mühüm addımlar atılıb, neft müqavilələri imzalanıb. Ulu Öndərin siyasi nüfuzu və diplomatik məharəti nəticəsində Ermənistanla atəşkəs sazişi əldə edilib. Bu mühüm saziş dövlətin müdafiə qabiliyyətinin, iqtisadi gücünün möhkəmlənməsinə xidmət edib və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərə aparan yolu şərtləndirən mühüm amillərdən biri olub. Heydər Əliyevin dövlət quruculuğu strategiyasında milli kadr hazırlığının xüsusi yer tutduğunu söyləyən prorektor əlavə edib ki, gənclərin yüksəkixtisaslı mütəxəssis kimi yetişdirilməsi, dövlət idarəçiliyində milli kadrların irəli çəkilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkənin inkişafına mühüm töhfə verib. Çıxışda Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirildiyi, Azərbaycanın iqtisadi qüdrətinin və müdafiə imkanlarının daha da möhkəmləndiyi vurğulanıb. Bildirilib ki, Ali Baş Komandanın qətiyyətli siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, Azərbaycan regionda söz sahibi kimi mövqeyini gücləndirib.

Sonra Ümumi fənlər kafedrasının müəllimi Teyyubə Hüseynova, YAP Gənclər Birliyinin təşəbbüsü ilə formalaşdırılan BMU “YENİ Klub”un sədri İlqar Sarıyev çıxış ediblər. Çıxışlarda müasir Azərbaycanın uğurlarının təməlində Ümummilli Liderin müəyyənləşdirdiyi inkişaf strategiyasının dayandığı, Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun olaraq inkişaf etdirilən bu siyasi kursun ölkəmizin bütün istiqamətlərdə mövqeyini daha da gücləndirdiyi bildirilib. Eyni zamanda, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi, güclü təhsil sisteminin formalaşdırılması və milli-mənəvi dəyərlərin qorunmasının dövlət siyasətinin vacib istiqamətlərindən biri olduğu önə çəkilib, Vətən müharibəsində qazanılan tarixi Zəfərin güclü dövlətçilik ənənələri, müasir ordu və xalq birliyinin məntiqi nəticəsi kimi xarakterizə edilib.

Tədbirin sonunda BMU-nun rektoru Yaqub Piriyev YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələrini tədqim edib. Həmçinin universitetin sosial-ictimai həyatında fərqlənən tələbələrə təşəkkürnamələr verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri