Icma.az
close
up
RU
BMU ilə Pekin Kimya Texnologiya Universiteti ikili diplom proqramına dair müqavilə imzaladı

BMU ilə Pekin Kimya Texnologiya Universiteti ikili diplom proqramına dair müqavilə imzaladı

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq  Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında ikili diplom proqramına dair müqavilə imzalanıb.

Onlayn formatda keçirilən imzalanma mərasimində çıxış edən rektor Yaqub Piriyev tarixi qədim İpək yolu üzərində yerləşən Azərbaycanla Çin arasındakı dostluq, tərəfdaşlıq münasibətlərinə diqqət çəkib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevlə  Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüşlərdə ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətlərinin müəyyənləşdirildiyini, ölkələrimizin iqtisadiyyat, mədəniyyət və təhsil sahəsində də uğurla əməkdaşlıq etdiyini bildirib.

Yaqub Piriyev dünyada qabaqcıl yer tutan PKTU ilə 2+2 şəklində “Kimya mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsinə dair razılığın əldə edilməsini yüksək qiymətləndirib. Bildirib ki, bu, Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində həyata keçiriləcək ilk ikili diplom proqramıdır və iki ölkənin təhsil sahəsindəki əlaqələrinə mühüm töhfə verəcək.

Pekin Kimya Texnologiya Universitetinin rektoru Tan Tianvei də öz növbəsində ikili diplom proqramının qədim dostluq əlaqələrinə malik Azərbaycanla Çinin təhsil sahəsində əməkdaşlığının inkişafına xidmət edəcəyinə inandığını deyib. 1958-ci ildə qurulan, Çinin Təhsil Nazirliyinin tabeliyində olan PKTU-nun 63 ölkənin universitetləri ilə əməkdaşlığının mövcudluğunu önə çəkən rektor BMU ilə qurulan əlaqələrə xüsusu önəm verdiklərini qeyd edib. Həmçinin BMU ilə əməkdaşlığın digər istiqamətlərdə də genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.

Müqaviləyə əsasən, BMU-da “Kimya mühəndisliyi” ixtisasının 1 və 2-ci kurslarını müvəffəqiyyətlə bitirən tələbələr müvafiq prosedurları keçdikdən sonra PKTU-da “Kimya mühəndisliyi və texnologiyası” ixtisası üzrə 3 və 4-cü kurslarda təhsil ala biləcəklər.

İmzalanma mərasimində müqavilədən irəli gələn məsələlər, o cümlədən əməkdaşlığın başqa sahələr üzrə inkişaf etdirilməsi, müəllim, tələbə mübadiləsi və s. nəzərdən keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Aprel 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri