Icma.az
close
up
RU
BMU Çin universiteti ilə müqavilə imzaladı Fotolar

BMU Çin universiteti ilə müqavilə imzaladı Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Mühəndislik Universiteti (BMU) ilə Çinin Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında ikili diplom proqramına dair müqavilə imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, onlayn formatda keçirilən imzalanma mərasimində çıxış edən rektor Yaqub Piriyev tarixi qədim İpək yolu üzərində yerləşən Azərbaycanla Çin arasındakı dostluq, tərəfdaşlıq münasibətlərinə diqqət çəkib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Sədri Si Cinpin arasında keçirilən görüşlərdə ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətlərinin müəyyənləşdirildiyini, ölkələrimizin iqtisadiyyat, mədəniyyət və təhsil sahəsində də uğurla əməkdaşlıq etdiyini bildirib.

Yaqub Piriyev dünyada qabaqcıl yer tutan PKTU ilə 2+2 modeli əsasında “Kimya mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsinə dair razılığın əldə edilməsini yüksək qiymətləndirib. Bildirib ki, bu, Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində həyata keçiriləcək ilk ikili diplom proqramıdır və iki ölkənin təhsil sahəsindəki əlaqələrinə mühüm töhfə verəcək.

Pekin Kimya Texnologiya Universitetinin rektoru Tan Tianvei də öz növbəsində ikili diplom proqramının qədim dostluq əlaqələrinə malik Azərbaycanla Çinin təhsil sahəsində əməkdaşlığının inkişafına xidmət edəcəyinə inandığını deyib. 1958-ci ildə qurulan, Çinin Təhsil Nazirliyinin tabeliyində olan PKTU-nun 63 ölkənin universitetləri ilə əməkdaşlığının mövcudluğunu önə çəkən rektor BMU ilə qurulan əlaqələrə xüsusu önəm verdiklərini qeyd edib. Həmçinin BMU ilə əməkdaşlığın digər istiqamətlərdə də genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.  

Müqaviləyə əsasən, BMU-da “Kimya mühəndisliyi” ixtisasının 1 və 2-ci kurslarını müvəffəqiyyətlə bitirən tələbələr müvafiq prosedurları keçdikdən sonra PKTU-da “Kimya mühəndisliyi və texnologiyası” ixtisası üzrə 3 və 4-cü kurslarda təhsil ala biləcəklər.
İmzalanma mərasimində müqavilədən irəli gələn məsələlər, o cümlədən əməkdaşlığın başqa sahələr üzrə inkişaf etdirilməsi, müəllim, tələbə mübadiləsi və s. nəzərdən keçirilib.






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Aprel 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri