Icma.az
close
up
RU
BMU ilə Çin universiteti ikili diplom proqramının icrasına başlayır FOTOLAR

BMU ilə Çin universiteti ikili diplom proqramının icrasına başlayır FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) daha iki ixtisas üzrə ikili diplom proqramının icrasına başlayır. 

"Unikal" xəbər verir ki, bununla əlaqədar onlayn formatda keçirilən imzalanma mərasimində çıxış edən rektor Yaqub Piriyev xatırladıb ki, bu il aprelin 17-də imzalanan müqavilə əsasında dünyada öncül mövqeyə malik Pekin Kimya Texnologiyaları Universiteti ilə “Kimya mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramının icrasına başlanılıb. Rektor bu əməkdaşlığın davamı olaraq, qısa müddətdə 2+2 modeli əsasında “Kompüter mühəndisliyi” və “Mexanika mühəndisliyi” ixtisasları üzrə də ikili diplom proqramının həyata keçirilməsinə dair razılaşmanın əldə edilməsini müsbət qiymətləndirib.

Yeni müqavilənin Azərbaycanla Çin arasında viza rejiminin ləğv olunduğu tarixi bir dövrə təsadüf etdiyini bildirən rektor Prezident İlham Əliyevin bu il aprelin 23-də Çinə dövlət səfəri zamanı imzalanan Birgə Bəyanata diqqət çəkib. Bildirib ki, Azərbaycan Prezidenti və Çin Xalq Respublikasının Sədri Si Cinpin imzaladıqları Birgə Bəyanat təhsil sahəsində də əməkdaşlığı genişləndirməyi nəzərdə tutur. Bu baxımdan iki universitet arasında əməkdaşlığın bu bəyanatda əksini tapan təhsillə bağlı məsələlərə mühüm töhfə verəcəyini deyən rektor imzalanan müqavilələrdən irəli gələn bir sıra məqamlara dair fikirlərini bölüşüb. 

Pekin Kimya Texnologiya Universitetinin rektoru Tan Tianvei də öz növbəsində yeni ikili diplom proqramının imzalanmasını universitetlər arasında əməkdaşlığın daha da genişlənməsi baxımından mühüm addım kimi qiymətləndirib. Rektor bu ilin aprelində iki ölkə liderinin Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlığın qurulduğunu bəyan etdiklərini xatırladıb və Pekində imzalanan Birgə Bəyanatda yer alan məsələlərdən bəhs edib.  

İmzalanan ikili diplom proqramının müsbət cəhətlərinə də toxunan Tan Tianvei hər iki tərəfin birgə səyləri ilə əhəmiyyətli nəticələrin ortaya qoyulacağını deyib. Eyni zamanda əldə olunan razılaşmalar sayəsində innovativ imkanlara malik daha çox bacarıqlı gəncin yetişməsinə, hər iki ölkənin, hətta dünyanın texnoloji tərəqqisinə, inkişafına müsbət töhfələr veriləcəyinə inandığını deyib.

Tədbirdə qeyd edilib ki, müqaviləyə əsasən, BMU-da “Kompüter mühəndisliyi” və “Mexanika mühəndisliyi” ixtisaslarının I, II kurslarını müvəffəqiyyətlə bitirənlər prosedurları keçdikdən sonra Çində müvafiq olaraq “Kompüter elmləri və texnologiyası”,  “Proses avadanlıqları və nəzarət mühəndisliyi” ixtisaslarında III və IV kurslarda təhsil ala biləcəklər. Bundan öncə imzalanan müqavilədə analoji razılıq “Kimya mühəndisliyi” ixtisası üzrə əldə olunmuşdu. 

İmzalanma mərasimində müqavilədə yer alan digər məsələlər, eləcə də nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və gələcək layihələr nəzərdən keçirilib.  
 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 İyun 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri