Icma.az
close
up
RU
BMU ilə Tsinghua Universiteti arasında əməkdaşlıq məsələləri müzakirələri aparılıb

BMU ilə Tsinghua Universiteti arasında əməkdaşlıq məsələləri müzakirələri aparılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 11 iyul, AZƏRTAC

Çin Xalq Respublikasının Tsinghua Universitetində Bakı Mühəndislik Universitetinin (BMU) nümayəndə heyəti ilə görüş keçirilib.

BMU-dan AZƏRTAC-a bildirilib ki, universitetin Elektronika mühəndisliyi departamentində baş tutan görüşdə ali məktəbin rəhbər şəxsləri, həmçinin Rabitə Tədqiqatları İnstitutunun direktoru, professor Sheng Zhou, Davamlı İnnovasiya Təşəbbüsünün icraçı direktoru Yi Jıang ilə iki ali təhsil ocağı arasında akademik və tədqiqat əməkdaşlığının yaradılması məsələləri müzakirə predmeti olub.

Görüş çərçivəsində BMU nümayəndə heyəti üçün Tsinghua Universitetinin elektronika mühəndisliyi sahəsindəki zəngin irsini nümayiş etdirən həmin departamentin Tarix Muzeyinə ekskursiya təşkil edilib və Bağlantılı Avtonom Sürüş Nümayiş Platforması haqqında məlumat verilib.

Həmçinin görüşdə Tsinghua Universiteti haqqında zəruri informasiyalar təqdim olunub. Bildirilib ki, paytaxt Pekində yerləşən və ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Tsinghua Universiteti əsasən mühəndislik, kompüter elmləri, texnologiya, biznes, siyasət, beynəlxalq münasibətlər və fundamental elmlər sahəsində ixtisaslaşıb. Dünya üzrə bir çox universitetlərlə, o cümlədən ABŞ, Avropa, Asiya ali məktəbləri ilə akademik və tədqiqat əməkdaşlıqları mövcuddur. “QS World University Rankings” və “Times Higher Education” reytinqlərində hər zaman ilk 20-likdə qərarlaşır.

Bildirilib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin və bu ölkənin bir sıra nüfuzlu dövlət adamları Tsinghua Universitetinin məzunlarıdır.

Görüşün davamında BMU haqqında videotəqdimat olub, ardınca beynəlxalq əlaqələr üzrə prorektor Ətrabə Gül çıxış edərək universitetin akademik imkanları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Məlumatda BMU-nun informasiya texnologiyaları, kompüter elmləri və mühəndislik sahələrindəki nailiyyətləri, həmçinin qlobal tərəfdaşlıqlar vasitəsilə innovasiyaları təşviq etmək öhdəliyi, dünya reytiniqlərində qazandığı uğurlar vurğulanıb.

Daha sonra gələcək əməkdaşlıq imkanlarını araşdırmaq üçün açıq müzakirə sessiyası keçirilib. Yaşıl ağıllı texnologiyalar sahəsində qlobal ekspert və Tsinghua Universitetinin beynəlxalq tərəfdaşlıqlar üzrə əsas əlaqələndiricisi Yi Jıang bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Əməkdaşlıq BMT-nin Davamlı İnkişaf Məqsədlərinin (SDG) 4-cü (Keyfiyyətli Təhsil), 17-ci (Qlobal Tərəfdaşlıq) istiqamətlərinə uyğun olaraq, innovasiyalı təhsil və beynəlxalq tərəfdaşlıq vasitəsilə texnoloji inkişafı təşviq etməyi hədəfləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri