Icma.az
close
up
RU
BMU İNHA İDP üzrə aparılan monitorinqin nəticələri müzakirə olunub

BMU İNHA İDP üzrə aparılan monitorinqin nəticələri müzakirə olunub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 24 oktyabr AZƏRTAC

Bakı Mühəndislik Universiteti və Koreya (Cənubi) Respublikasının İNHA Universitetinin birgə həyata keçirdiyi ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində aparılan monitorinq başa çatıb.

BMU-dan AZƏRTAC-a bildirilib ki, rektor Yaqub Piriyev monitorinqi aparan İNHA Universitetinin professor-müəllim heyəti ilə görüşərək prosesin nəticələrini müzakirə edib. Görüşdə İNHA Qlobal Strategiya və Təşəbbüslər Ofisinin icraçı direktoru professor Jeon Tae Joon monitorinqin ilkin nəticələri barədə məlumat təqdim edib. Bildirib ki, BMU-İNHA İDP-nin müəllim və tələbələri ilə aparılan müsahibələr, eləcə də dərs prosesinin müşahidəsi müsbət təəssürat yaradıb. Tələbələrin çalışqanlığı, öyrənməyə marağı və fənlərə aktiv yanaşması proqramın uğurlu inkişafına zəmin kimi qiymətləndirilib. Jeon Tae Joon əlavə edib ki, təcrübə proqramlarının daha geniş şəkildə təşkili ilə bağlı tələbə təklifləri nəzərə alınacaq və monitorinqin yekun hesabatı universitet rəhbərliyinə təqdim olunacaq.

Nümayəndə heyətinin digər üzvləri də öz təəssüratlarını bölüşərək tələbələrin bilik səviyyəsini, dərslərdə fəallığını, öz ixtisaslarına aid maraqlı suallar verməsini yüksək qiymətləndiriblər. Onlar, həmçinin BMU-nun kampusunda yaradılmış müasir tədris şəraiti, laboratoriyaların texniki imkanları, xüsusilə Texnoparkın ötən illərlə müqayisədə daha da inkişaf etməsini, sənaye müəssisələri ilə əməkdaşlığını təqdir ediblər. Bildirilib ki, bu ekosistem tələbələrin praktiki bacarıqlarının inkişafına, elmi biliklərinin real istehsalatda tətbiqinə və innovativ layihələrinin reallaşmasına mühüm töhfə verir.

Rektor Yaqub Piriyev əməkdaşlığın indiyədək verdiyi nəticələrdən məmnunluğunu ifadə edib. Həmçinin proqramın keyfiyyətinin davamlı təkmilləşdirilməsi, tədrisin beynəlxalq standartlara uyğunlaşdırılması və tələbələrə daha geniş praktik imkanların yaradılması istiqamətində işlərin ardıcıl şəkildə davam etdiriləcəyini vurğulayıb. İDP-nin icrasında əsas hədəfin müasir çağırışlara cavab verən yüksəkixtisaslı mühəndislər yetişdirmək olduğunu bildirən rektor əməkdaşlığın yalnız tədris sahəsində deyil, eyni zamanda, elmi-tədqiqatlar və akademik mübadilə istiqamətlərində daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşün sonunda İNHA nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri