Icma.az
close
up
RU
BMU nun rektoru təhsillərini Koreya Respublikasında davam etdirəcək 114 tələbə ilə görüşüb

BMU nun rektoru təhsillərini Koreya Respublikasında davam etdirəcək 114 tələbə ilə görüşüb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 13 avqust, AZƏRTAC

Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində təhsillərini Koreya Respublikasında davam etdirəcək 114 tələbə və onların valideynləri ilə görüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor Yaqub Piriyev “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən, dövlət vəsaiti hesabına gənclərə xarici ölkələrin nüfuzlu universitetlərində yaradılan təhsil imkanlarından danışıb. Bildirib ki, Prezident İlham Əliyevin ötən ay imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamla proqramın icra müddəti 2030-cu ilədək uzadılıb və beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılıb.

Yaqub Piriyev qlobal çağırışlara uyğun olaraq yeni texnologiyaları öyrənən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli peşəkar kadrların ölkəmizin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb. Əlavə edib ki, BMU-İNHA İDP hər bir tələbəyə peşəkar mühəndis kadrlar kimi yetişmək, Cənubi Koreyanın təhsil təcrübəsini öyrənmək, o cümlədən bu ölkənin nüfuzlu şirkətləri ilə yaxından tanış olmaq, beynəlxalq tələbə mühitində dostlar qazanmaq, xüsusilə 4 ildə iki diploma sahib olmaq fürsəti yaradır. Rektor İNHA Universitetinin bu proqramın məzunlarına magistratura təhsili üçün yaratdığı imkanları da diqqətə çatdırıb və bunu təhsil nəticələri yüksək olan hər bir gənc üçün əlverişli şərait kimi qiymətləndirib. Habelə tələbələri Koreyada təhsillərində intizamlı olmağa, qayda-qanunlara riayət etməyə, ölkəmizin adını uca tutmağa, Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin keçirdiyi tədbirlərdə fəal olmağa çağıran rektor onlara yaxşı mütəxəssis kimi yetişmək üçün bir sıra gərəkli tövsiyələr də verib.

Sonra BMU-İNHA İDP-nin rəhbər heyəti tərəfindən tələbələr və onların valideynləri səfərin zəruri prosedurları barədə məlumatlandırılıb, habelə tədris prosesinə dair vacib məqamlar diqqətə çatdırılıb.

Proqrama üçüncü il qəbulun - 2022/2023-cü tədris ilinin 114 tələbəsi IV kurs üzrə təhsilini İNHA Universitetində davam etdirmək üçün avqust 15-19-da Koreya Respublikasına yola düşəcək. 3+1 modelinə əsaslanan bu proqram çərçivəsində tələbələr ilk 3 ili BMU-da, sonuncu ili isə İNHA Universitetində oxuyurlar. Cari il sentyabrın 1-dən təhsillərinə İNHA-da davam edəcək tələbələr avqustun 20-dən etibarən intensiv baza hazırlıq dərslərinə qatılacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Avqust 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri