Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təhsillərini Çində davam etdirəcək BMU tələbələri ilə görüş Fotolar

Təhsillərini Çində davam etdirəcək BMU tələbələri ilə görüş Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında bu ildən etibarən icrasına başlanılan ikili diplom proqramı çərçivəsində təhsillərini Çində davam etdirəcək ilk tələbə qrupu ilə görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə tələbələrə ən səmimi təbriklərini çatdıran BMU-nun rektoru Yaqub Piriyev Çinin aparıcı ali təhsil müəssisələrindən olan PKTU ilə birgə gerçəkləşdirilən proqramın Kimya, Kompüter və Mexanika mühəndisliyi ixtisaslarını əhatə etdiyini xatırladıb. Bildirib ki, bu, Azərbaycan ilə Çin universitetləri arasında bakalavriat səviyyəsində icra olunan ilk ikili diplom proqramıdır. 2+2 modelinə əsasən BMU-da I və II kursları uğurla başa vuran tələbələr müvafiq seçim və prosedurları keçdikdən sonra növbəti kursları Çində oxuyacaqlar. Sonda isə iki universitetin diplomunu əldə edəcəklər.

Prezident İlham Əliyev və Çin Sədri Si Cinpin arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərini ayrıca vurğulayan Yaqub Piriyev Şanxay Əməkdaşlıq Təşkilatının illik sammitində Azərbaycan liderinə göstərilən ən ali münasibəti, o cümlədən iki ölkə arasında viza rejiminin ləğvini əlaqələrin yüksələn xətt üzrə inkişafının daha bir bariz nümunəsi olduğunu bildirib. Qeyd edib ki, iki dost ölkənin liderlərinin müəyyənləşdirdiyi strateji xətt çərçivəsində həyata keçirilən işlər təhsil sahəsində əməkdaşlığın möhkəmlənməsinə də mühüm töhfə verir.

Rektor vurğulayıb ki, Çində təhsillərini davam etdirəcək BMU tələbələrinin qazanacağı bilik və təcrübə yalnız onların fərdi inkişafı üçün deyil, habelə Azərbaycan-Çin münasibətlərinin daha da inkişafı və ölkəmizin elmi-texnoloji potensialının güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Gənclərin qlobal elmi mühitə inteqrasiyasının, yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasının ölkəmizin inkişaf strategiyasında xüsusi yer tutduğunu önə çəkən Yaqub Piriyev tələbələrə Azərbaycanı layiqincə təmsil etmək, daima çalışmaq və göstərilən etimadı doğrultmaq yönündə tövsiyələrini çatdırıb. Eyni zamanda, onların gələcəkdə ölkəmizin mühəndislik, sənaye və texnologiya sahələrinin inkişafına dəyərli töhfələr verəcəklərinə əminliyini dilə gətirib.

Tədbirdə digər çıxışlar zamanı Çində tələbələr üçün yüksək şəraitin yaradıldığı bildirilib, səfərin zəruri prosedurları və tədris prosesinə dair vacib məqamlar diqqətə çatdırılıb.   

Təhsillərini PKTU-da davam etdirəcək tələbələr bu ilin sentyabr ayının 8-də Çinə yola düşəcək.





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see267

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see265

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see247

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see244

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see240

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see227

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see224

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see220

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see219

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see216

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see212

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see210

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see206

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see206

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see204

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see190

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see185

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see185

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see179

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri