Icma.az
close
up
RU
BMU rektoru bu tələbələrlə görüşdü FOTO

BMU rektoru bu tələbələrlə görüşdü FOTO

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində təhsillərini Koreya Respublikasında davam etdirəcək 114 tələbə və onların valideynləri ilə görüş keçirilib. 

Gununsesi.info xəbər verir ki, görüşdə rektor Yaqub Piriyev təhsillərini uğurla başa çatdıraraq sonuncu kursu İNHA Universitetində davam etdirməyə hazırlaşan tələbələri təbrik edib. Rektor “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən, dövlət vəsaiti hesabına gənclərə xarici ölkələrin nüfuzlu universitetlərində yaradılan təhsil imkanlarından danışıb.  Bildirib ki, Prezident İlham Əliyevin ötən ay imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamla proqramın icra müddəti 2030-cu ilədək uzadılıb və beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılıb. İnsan kapitalının inkişafını əsas tutan bu proqramların icrasının davam etdirilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Yaqub Piriyev  qlobal çağırışlara uyğun olaraq yeni texnologiyaları öyrənən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli peşəkar kadrların ölkəmizin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb. Əlavə edib ki, BMU-İNHA İDP hər bir tələbəyə peşəkar mühəndis kadrlar kimi yetişmək, Cənubi Koreyanın təhsil təcrübəsini öyrənmək, o cümlədən bu ölkənin nüfuzlu şirkətləri ilə yaxından tanış olmaq, beynəlxalq tələbə mühitində dostlar qazanmaq, xüsusilə 4 ildə iki diploma sahib olmaq fürsəti yaradır. Rektor İNHA Universitetinin bu proqramın məzunlarına magistratura təhsili üçün yaratdığı imkanları da diqqətə çatdırıb və bunu təhsil nəticələri yüksək olan hər bir gənc üçün əlverişli şərait kimi qiymətləndirib. Habelə tələbələri Koreyada təhsillərində intizamlı olmağa, qayda-qanunlara riayət etməyə, ölkəmizin adını uca tutmağa, Azərbaycanın Koreyadakı səfirliyinin keçirdiyi tədbirlərdə fəal olmağa çağıran Yaqub Piriyev onlara yaxşı mütəxəssis kimi yetişmək üçün bir sıra gərəkli tövsiyələr də verib.

Sonra BMU-İNHA İDP-nin rəhbər heyəti tərəfindən tələbələr və onların valideynləri  səfərin zəruri prosedurları barədə məlumatlandırılıb, habelə tədris prosesinə dair vacib məqamlar diqqətə çatdırılıb.

Proqrama üçüncü il qəbulun – 2022/2023-cü tədris ilinin 114 tələbəsi IV kurs üzrə təhsilini İNHA Universitetində davam etdirmək üçün 15-19 avqust tarixlərində Koreya Respublikasına yola düşəcək. 3+1 modelinə əsaslanan bu proqram çərçivəsində tələbələr ilk 3 ili BMU-da, sonuncu ili isə İNHA Universitetində oxuyurlar. Cari il sentyabr ayının 1-dən təhsillərinə İNHA-da davam edəcək tələbələr 20 avqustdan etibarən intensiv baza hazırlıq dərslərinə qatılacaqlar.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Avqust 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see162

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see134

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see128

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see126

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see125

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see124

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see124

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see123

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see123

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see121

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see120

Ayxan Abbasov Azərbaycan futbolunun qarşısındakı problemlərdən danışıb

12 Noyabr 2025 22:27see118

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri