Icma.az
close
up
RU
BMU nun rektoru abituriyentlərlə görüşdü FOTOLAR

BMU nun rektoru abituriyentlərlə görüşdü FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Bakı Mühəndislik Universiteti (BMU) və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Doğru seçim, parlaq gələcək” mövzusunda abituriyentlərlə görüş təşkil edilib. Regional Təhsil İdarəsinin rəhbərliyi, rayon məktəblərinin direktorları, yuxarı sinif şagirdləri və BMU-nun professor-müəllim heyətinin iştirak etdiyi görüşdə şəhidlərimizin əziz xatirəsi yad olunub, ardınca Dövlət Himni səsləndirilib.

"Unikal" xəbər verir ki, sonra universitetin akademik mühiti, maddi-texniki bazası və son illərdə qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev universitetin tarixi və inkişaf istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılan və bu il 10 yaşı tamam olacaq universitetdə ali təhsilin bütün pillələri üzrə 4 fakültədə (İnformasiya və kompüter texnologiyaları, Mühəndislik, İqtisadiyyat və idarəetmə , Memarlıq və inşaat) Azərbaycan və ingilis dillərində kadr hazırlığı həyata keçirilir. Qeyd olunub ki, son iki ildə bakalavriat səviyyəsində 12 yeni ixtisas, magistratura səviyyəsində isə 14 yeni ixtisaslaşma açılıb.  2024-cü ildə yaradılan İnformasiya və kompüter texnologiyaları fakültəsi ölkədə rəqəmsallaşma, süni intellekt, data elmləri və innovativ texnologiyalar sahəsində yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Rektor BMU-da 8 yeni kompüter, o cümlədən Kibertəhlükəsizlik, Biotexnologiya elmi-tədqiqat və tədris laboratoriyalarının istifadəyə verildiyini diqqətə çatdırıb. Bildirilib ki, ümumilikdə universitetin 20-dən çox müasir laboratoriyası, habelə Texnoparkı tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi, innovativ ideyalarının reallaşdırılması üçün geniş imkanlar yaradır.

Yaqub Piriyev çıxışında son illərdə universitetə tələbə qəbulunun yüksək nəticələrlə müşahidə olunduğunu deyib və müvafiq statistik göstəricilərə toxunub. Həmçinin BMU-nun 6 bakalavr proqramının ilk dəfə beynəlxalq akkreditasiyadan keçməsi və həmin proqramların Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Reyestrinin məlumat bazasına daxil edilməsi, Cənubi Koreya və Çin ali təhsil müəssisələri ilə həyata keçirilən ikili diplom proqramları, Pekin Kimya Texnologiya Universiteti ilə birgə yeni açılan “PKTU-BMU Mühəndislik fakültəsi” barədə də geniş məlumat verilib. Bununla yanaşı, ali məktəbin beynəlxalq reytinqlərdə əldə etdiyi nailiyyətlərdən bəhs olunub.

Rektor vurğulayıb ki, abituriyentlərin burada birbaşa əldə etdiyi məlumatlar onların gələcək planlarını daha aydın şəkildə qurmasına kömək edəcək. Abituriyentlərə uğurlar arzulayan Yaqub Piriyev onların ölkəmizin gələcəyini formalaşdıracaq və onu daha da inkişaf etdirəcək gənclər olacacaqlarına inandığını bildirib.

Tədbirdə çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva ali məktəblərə qəbul ərəfəsində təşkil olunan belə görüşlərin abituriyentlərin düzgün ixtisas seçimində mühüm rol oynadığını deyib. O, əmək bazarında uğur qazanmaq üçün keyfiyyətli ali təhsil və peşəkar bacarıqların vacibliyini vurğulayaraq, BMU-nun bu istiqamətdə potensialını yüksək qiymətləndirib.

BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Hüseynov isə çıxışında universitetin yalnız təhsil məkanı deyil, həm də gənclərin liderlik, məsuliyyət və qərarvermə bacarıqlarının formalaşması üçün geniş imkanlar yaratdığını qeyd edib, ictimai fəallığı ilə qazandığı uğurlarını iştirakçılarla bölüşüb.  

Tədbirdə BMU-nun rəqs kollektivinin ifasında rəqs təqdim edilib.

Sonda abituriyentlər universitetin laboratoriyaları, Texnoparkı və innovativ təhsil mühiti ilə yaxından tanış olublar. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 May 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri