Icma.az
close
up
RU
BMU rektoru bu tələbələrlə görüşdü FOTOLAR

BMU rektoru bu tələbələrlə görüşdü FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində təhsillərini Koreya Respublikasında davam etdirəcək 114 tələbə və onların valideynləri ilə görüş keçirilib. 

"Unikal" xəbər verir ki, görüşdə rektor Yaqub Piriyev təhsillərini uğurla başa çatdıraraq sonuncu kursu İNHA Universitetində davam etdirməyə hazırlaşan tələbələri təbrik edib. Rektor “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən, dövlət vəsaiti hesabına gənclərə xarici ölkələrin nüfuzlu universitetlərində yaradılan təhsil imkanlarından danışıb.  Bildirib ki, Prezident İlham Əliyevin ötən ay imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamla proqramın icra müddəti 2030-cu ilədək uzadılıb və beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılıb. İnsan kapitalının inkişafını əsas tutan bu proqramların icrasının davam etdirilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Yaqub Piriyev  qlobal çağırışlara uyğun olaraq yeni texnologiyaları öyrənən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli peşəkar kadrların ölkəmizin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb. Əlavə edib ki, BMU-İNHA İDP hər bir tələbəyə peşəkar mühəndis kadrlar kimi yetişmək, Cənubi Koreyanın təhsil təcrübəsini öyrənmək, o cümlədən bu ölkənin nüfuzlu şirkətləri ilə yaxından tanış olmaq, beynəlxalq tələbə mühitində dostlar qazanmaq, xüsusilə 4 ildə iki diploma sahib olmaq fürsəti yaradır. Rektor İNHA Universitetinin bu proqramın məzunlarına magistratura təhsili üçün yaratdığı imkanları da diqqətə çatdırıb və bunu təhsil nəticələri yüksək olan hər bir gənc üçün əlverişli şərait kimi qiymətləndirib. Habelə tələbələri Koreyada təhsillərində intizamlı olmağa, qayda-qanunlara riayət etməyə, ölkəmizin adını uca tutmağa, Azərbaycanın Koreyadakı səfirliyinin keçirdiyi tədbirlərdə fəal olmağa çağıran Yaqub Piriyev onlara yaxşı mütəxəssis kimi yetişmək üçün bir sıra gərəkli tövsiyələr də verib. 

Sonra BMU-İNHA İDP-nin rəhbər heyəti tərəfindən tələbələr və onların valideynləri  səfərin zəruri prosedurları barədə məlumatlandırılıb, habelə tədris prosesinə dair vacib məqamlar diqqətə çatdırılıb.  

Proqrama üçüncü il qəbulun - 2022/2023-cü tədris ilinin 114 tələbəsi IV kurs üzrə təhsilini İNHA Universitetində davam etdirmək üçün 15-19 avqust tarixlərində Koreya Respublikasına yola düşəcək. 3+1 modelinə əsaslanan bu proqram çərçivəsində tələbələr ilk 3 ili BMU-da, sonuncu ili isə İNHA Universitetində oxuyurlar. Cari il sentyabr ayının 1-dən təhsillərinə İNHA-da davam edəcək tələbələr 20 avqustdan etibarən intensiv baza hazırlıq dərslərinə qatılacaqlar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Avqust 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri