“BMW X6” ilə 5 piyadanı vurub qaçan SƏRXOŞ SÜRÜCÜ BELƏ YAXALANDI VİDEO
Rusiyanın Çelyabinsk şəhərində 5 piyadanı vuran sürücü 15 sutka həbs edilib.
Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, o, hadisə yerini tərk etməkdə təqsirli bilinib.
Xatırladaq ki, noyabrın 25-də şəhərin Kaşirin və Çiçerin qardaşları küçələrinin kəsişməsində “BMW X6” markalı avtomobilin iştirakı ilə baş vermiş qəza nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 3-ü, o cümlədən 11 aylıq uşaq xəstəxanaya yerləşdirilib.
Qalanları ambulator müalicəyə buraxılıb.
Regionun qubernatoru Aleksey Tekslerin verdiyi məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır.
Sürücü hadisə yerindən qaçsa da, daha sonra saxlanılıb.
Qəza zamanı sürücü sərxoş olub.
Onun barəsində yol hərəkəti qaydalarını pozduğuna görə cinayət işi açılıb.
Namiq Musayev
Baxış sayı:48
Mənbə:https://avtosfer.az