Boçorişvili: “Azərbaycan Ermənistan sülh prosesindəki irəliləyişlər region üçün vacibdir”
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan-Ermənistan sülh prosesindəki son irəliləyişlər hər iki ölkə və bütövlükdə Cənubi Qafqaz üçün vacibdir.
Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili BMT Sülh Quruculuğu Komissiyasının Nazirlər Şurasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, daha dinc və proqnozlaşdırılan Cənubi Qafqaz iqtisadi inkişaf, investisiya, əməkdaşlıq və regional bağlantı üçün daha böyük imkanlar yaradacaq.
Nazir qeyd edib ki, Gürcüstan regionu daha geniş beynəlxalq bazarlarla birləşdirən infrastruktur və bağlantı layihələrinə investisiya yatırır. Onun sözlərinə görə, Cənubi Qafqazda sabitliyin güclənməsi bu imkanları daha da genişləndirə və bütövlükdə regionun iqtisadi inkişafına töhfə verə bilər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 25 Sentyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















