Icma.az
close
up
RU
BOK gələcək Qış Olimpiya Oyunlarının vaxtını dəyişdirə bilər

BOK gələcək Qış Olimpiya Oyunlarının vaxtını dəyişdirə bilər

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 5 fevral, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri iqlim dəyişikliyi səbəbindən gələcək Qış Olimpiya və Paralimpiya Oyunlarının cədvəlinin bir ay geri çəkilə biləcəyini bildirib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 100-dən çox BOK üzvü Koventrinin proqramı çərçivəsində “Gələcəyə hazırlıq” adlı son danışıqlar mərhələsi üçün bir araya gəlib. BOK prezidenti mətbuat konfransında bildirib: “Gələcək Qış Olimpiya və Paralimpiya Oyunlarının planlaşdırılması üçün vaxt cədvəlini yenidən nəzərdən keçirə bilərik. Oyunların optimal vaxtını müəyyən etsək, bu, bir həll yolu ola bilər”.

Qeyd etmək lazımdır ki, Qış Oyunları ənənəvi olaraq fevral ayında keçirilir. AP-nin məlumatına görə, mümkün dəyişiklik qar örtüyünün və yarışların sabitliyini təhdid edən isti hava şəraiti ilə əlaqədardır.

İlkin məlumatlara görə, 2030-cu ildə Fransa Alp dağlarında Olimpiya Oyunlarının fevralın 1-17-də, 2034-cü ildə ABŞ-ın Yuta ştatında Olimpiya Oyunlarının isə fevralın 10-26-da keçiriləcəyi elan edilib. Lakin iqlim dəyişikliyi ilə əlaqədar gələcək Qış Olimpiya Oyunlarının yanvar ayında, Paralimpiya Qış Oyunlarının isə fevral ayında keçirilməsi ehtimalı nəzərdən keçirilir.

Eyni zamanda, yarışların yanvar ayında keçirilməsi logistika çətinlikləri yarada bilər. Bu, xizək və snoubord üzrə Dünya Kuboku yarışlarının və tədbirlərinin cədvəlini pozacaq. Bundan əlavə, Oyunların yanvar ayında keçirilməsi, həmin dövrdə ABŞ-da tam gücü ilə davam edən NFL və NBA-nın müntəzəm mövsümləri səbəbindən televiziya izləyiciləri üçün rəqabət yarada bilər.

BOK Koventrinin sələfi Tomas Baxın rəhbərliyi altında da iqlim dəyişikliyinin gələcək məkanların tapılmasında çətinliklər yaratdığını qəbul edib. Olimpiya icmalının nəticələri və 2030-cu il Qış Olimpiya Oyunları üçün Fransadakı Alp dağlarına yeni idman növləri və tədbirlərin əlavə edilib-edilməməsi barədə qərar qəbul etmək məqsədilə iyun ayında Komitənin üzvlərinin yenidən görüşməsi planlaşdırılır.

Xatırladaq ki, Qış Olimpiya Oyunları 6-22 fevral tarixlərində İtaliyanın Milan və Kortina d'Ampezzo şəhərlərində keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see379

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see352

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see340

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see300

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see284

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see266

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see254

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see253

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see250

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see234

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see233

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see233

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see223

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see220

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see218

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see201

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see200

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see198

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri