Boka Xuniors Lukas Torreyra üçün 18 milyon avro təklif edib
Argentinanın "Boka Xuniors" klubu İstanbul nəhəngi "Qalatasaray"ın yarımmüdafiəçisi Lukas Torreyra üçün 18 milyon avro təklif göndərib.
Oxu.Az xəbər verir ki, "sarı-qırmızılar"ın rəhbərliyi təcrübəli yarımmüdafiəçi üçün minimum 20 milyon avro tələb edir.
Lukas Torreyra isə "Qalatasaray"da xoşbəxt olduğunu və burada davam etmək istədiyini bildirib.
Qeyd edək ki, Lukas Torreyranın "Qalatasaray"la müqaviləsi 2026-cı yayında başa çatacaq.
Baxış sayı:57
Mənbə:https://oxu.az
lukas torreyra
milyon avro
18 milyon
20 milyon
argentinanın boka
avro təklif
avro tələb
başa çatacaq
boka xuniors
burada davam
göndərib oxu