Naxçıvan Dövlət Universitetində YAP ın yaradılmasının 34 cü ildönümü qeyd olunub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 19 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti (NDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan şəhər təşkilatı ilə birgə partiyanın yaradılmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himni səsləndirilməsi ilə başlayıb.
Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Yeni Azərbaycan Partiyasının yaranması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı və siyasi fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin dövlətçilik təcrübəsi, milli maraqlara əsaslanan siyasi xətti və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti partiyanın ideoloji və təşkilati əsaslarının formalaşmasında mühüm rol oynayıb.
O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin, milli birliyin və dövlət müstəqilliyinin daha da möhkəmləndiyini diqqətə çatdırıb. Elbrus İsayev 2026-cı il oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayının partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd edərək, qurultayda siyasi sabitlik, milli təhlükəsizlik, ideoloji dayanıqlılıq və təhsilin cəmiyyətdəki rolu ilə bağlı səsləndirilən fikirlərə toxunub.
Universitetin prioritetlərindən birinin tələbələrin intellektual inkişafı, dövlətə sədaqət və vətənpərvərlik ruhunda yetişdirilməsi olduğunu bildirən rektor YAP-ın universitetdəki ilk təşkilatının fəaliyyətinə də diqqət çəkib. Təşkilatın tərkibində ziyalıların və fəal gənclərin çoxluq təşkil etdiyini vurğulayan rektor gənclərin partiyanın gələcək inkişafında mühüm rol oynadığını bildirib.
YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli çıxışında partiyanın yaranma tarixindən, 34 illik fəaliyyət yolundan və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. Bildirib ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyin və milli maraqların qorunması naminə cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən siyasi qüvvə kimi formalaşıb. Elman Cəfərli 2005-ci ildə keçirilən III Qurultaydan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın fəaliyyətində yeni mərhələnin başlandığını, ölkənin siyasi və iqtisadi müstəqilliyinin daha da möhkəmləndiyini qeyd edib. Partiyanın 34 illik fəaliyyətinin xalqa xidmət, dövlətçilik prinsiplərinə sədaqət və milli maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra YAP-ın 34-cü ildönümü münasibətilə partiya üzvlərindən yubiley yaşını qeyd edən bir qrup universitet müəlliminin mükafatlandırılması mərasimi keçirilib.
Tədbir partiyanın fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi və YAP himninin səsləndirilməsi ilə yekunlaşıb.
Müxbir- Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 19 Noyabr 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















