“Kəpəz” “Qarabağ” matçına biletlər tükənir: cəmi 500 yer qalıb
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 12-ci turunda keçiriləcək “Kəpəz” - “Qarabağ” qarşılaşmasına azarkeş marağı yüksək səviyyəyə çatıb. Gəncə şəhər stadionunda baş tutacaq oyuna satışda cəmi 500 bilet qalıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Kəpəz” klubu məlumat yayıb.
Gəncə təmsilçisinin açıqlamasına əsasən, noyabrın 22-də keçiriləcək qarşılaşma üçün “Qarabağ”a qonaq klubun istəyinə uyğun olaraq 976 bilet ayrılıb. Lakin satışın ilk dəqiqələrindən böyük fəallıq göstərən azarkeşlər qısa müddətdə həmin kvotaya daxil olan biletləri də əldə ediblər.
Stadionun ehtiyatda saxlanılan son sektoru - W-6 üçün biletlər də bu gün satışa çıxarılıb. Klubun son məlumatına görə, artıq cəmi 500 bilet qalıb.
W-6 sektorunda matçı izləmək istəyən azarkeşlər biletləri yalnız Gəncə şəhər stadionunun kassalarından ala bilərlər. Kassalar noyabrın 20-də saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Kəpəz” - “Qarabağ” görüşü noyabrın 22-də saat 17:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 19 Noyabr 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















