BOKT Embafinans kredit itkisilə qarşı qarşıya XALİS MƏNFƏƏTİ AZALIB
Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
BOKT "Embafinans" QSC-nin xalis mənfəəti azalıb.
Marja.az xəbər verir ki, BOKT "Embafinans" QSC 2025-ci ilin ilk yarısını (yanvar-iyun) 3 milyon 146 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 355 min manat və ya 10% azdır. BOKT "Embafinans"ın xalis mənfəəti 2024-cü ilin ilk yarısında 3 milyon 502 min manat təşkil etmişdi.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Marja xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında BOKT "Embafinans"ın faiz gəlirləri 2 milyon 247 min manat və ya 28,5% artaraq 10 milyon 132 min manat, qeyri-faiz gəlirləri isə 958 min manat və ya 55% aratarq 1 milyon 728 min manat təşkil edib.
BOKT "Embafinans"ın xalis mənfəətinin azalması aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırmaların 6 dəfəyə yaxın artması ilə əlaqədardır. 2024-cü ilin ilk 6 ayında bu məqsədlə əməliyyat mənfəətindən ayırma 299 min manat ikən, 2025-ci ilin ilk 6 ayında 1 milyon 716 min manat təşkil edib. Qeyd edək ki, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırma ilə, aktivlərin (əsasən kreditlərin) potensial itkilərini qarşılamaq məqsədi ilə maliyyə ehtiyatı yaradılır. BOKT "Embafinans"da ayırmanın artması gecikmədə olan portfelin artdığına işarədir.
30 iyun 2025-ci il tarixində BOKT "Embafinans"ın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 67 milyon 177 min manat təşkil edib. Ötən ilin eyni tarixində bank olmayan kredit təşkilatının kredit portfeli 52 milyon 560 min manat təşkil etmişdi.
Qeyd edək ki, BOKT "Embafinans" QSC-nin nizamnamə kapitalının 86%-i Elşad Abbasova, 14%-i Tamara Başirovnaya məxsusdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 02 Oktyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















