Bölgə klubunun rəsmisi: “Premyer Liqa üçün lisenziya alacağıq”
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Azərbaycan Premyer Liqasında yeni mövsümdə 12 komanda mübarizə aparacaq. Çempionatın reqlamenti və yarışın hansı formatda keçiriləcəyi hələ dəqiqləşməyib.
I Liqadan Premyer Liqaya çıxmaqda iddialı komandalardan biri “İmişli”dir. Klubun İdarə Heyətinin sədri Aqşin Mürsəlov “Futbolpress.az“a açıqlamasında komanda sayının artımı haqda fikirlərini bölüşdü:
“Sayın artırılması normaldır. Mübarizəmiz davam edir. Çempionatın yarısına çatmamışıq və nəticəni yekunda görəcəyik. Ötən il Premyer Liqa üçün lisenziya almışdıq. Bu il də sənədlərimizi vermişik və lisenziya alacağıq. İnfrastrukturla bağlı işlərimiz davam edir. Kompleksimizin yeni layihəsi çəkilir. Yeni layihədə stadion və 8 kiçik meydança nəzərdə tutulut. Aprel-may aylarında bununla bağlı planlar açıqlanacaq. Aşağı yaş komandalarına gəlincə, hazırda əsas komandadan əlavə 7 uşaq komandamız var. U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16 komandalarımız AFFA-nın bayrağı altında keçirilən yarışlarda mütəmadi iştirak edir”.
“İmişli” I Liqada 12 turdan sonra 21 xalla 3-cü sıradadır.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 06 Fevral 2025 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















