Icma.az
close
up
RU
Bölgədə böyk müharibə riski: “İran kəşfiyyatının başında ya axmaq, ya da casus durur”

Bölgədə böyk müharibə riski: “İran kəşfiyyatının başında ya axmaq, ya da casus durur”

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin İrana hücumu ilə bağlı politoloq Zərdüşt Əlizadənin "Yeni Sabah"a müsahibəsi:

- Hücumdan bir gün qabaq IAEA-nın (Atom Energetikası üzrə Beynəlxalq Agentlik) İdarə Heyəti İran əleyhinə qətnamə qəbul etmişdi. Eyni vaxtda ABŞ-İran danışıqlarının sayca 6-cı raundunun Omanda keçiriləcəyi barədə məlumat yayıldı. Bununla belə bir çox anonim mənbənin İsrailin tezliklə İrana hücum edəcəyi ilə bağlı xəbərdarlıqlarına inanan az idi. 

- 2 ay bundan əvvəl, həmkarlarınızdan biri mənə zəng edib soruşdu ki, İrana hücum ola bilərmi? Dedim ki, 100% olacaq. Çünki hadisələrin öz məntiqi var. Qərb, başda ABŞ olmaqla, İslam dünyasını əsarətdə saxlamaq üçün 2 üsuldan istifadə edir. Birincisi, həmin ölkələrdə satqın, xəyanətkar ünsürləri hakimiyyətə gətirir. İkincisi, müqavimət göstərən və İslam dünyasının mənafelərini qorumağa çalışan dövlət rəhbərlərini “terrorçu”, “insan hüquqlarını pozan” adlandırır və bir-bir həmin şəxsləri sıradan çıxarır.

Son 40 ildə biz bunu açıq-aydın görə bilərik. İsrail işğalına qarşı çıxış edən ərəb liderləri bir-bir öldürülüb, yaxud devrilib. İslam dünyasında İsrail işğalına qarşı yeganə müqavimət göstərən İran idi, İranı da “terrorçu”, “insan hüquqlarını pozan” bir dövlət kimi səciyyələndirdilər. Çünki qlobal media düşmən əlindədir.

İndi də ABŞ-nin başına beynəlxalq hüquqa əsla hörmət etməyən, gicbəsər bir adam gəlib. Tramp İsrailin ən yaxın dostudur. Buna görə də İslam dünyasında yeganə itaət etməyən dövlət olan İranı vurmaq lazım idi. Bunu da etdilər.

Qərbin bu mübarizədə İrana qalib gəlməsinin çox məntiqi izahı var. İran, ilk növbədə, zəka müharibəsində onlara uduzur. İslam Respublikasının siyasi quruluşu elədir ki, azad düşüncəli, realist, təşəbbüskar insanlar çıxdaş edilir, cahil, yaltaq insanlar irəli gedir. Digər tərəfdən, İran İsrailə kəşfiyyat müharibəsində uduzur. İranın daxili İsrail kəşfiyyatı üçün açıq meydandır. İran kəşfiyyatı isə buna qarşı acizdir. Onun başında ya axmaq, ya da casus durur. 

- İran dəfələrlə öz nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını bəyan edib, yüksək zənginləşdirmə faizinə baxmayaraq, atom silahı hazırlamaq istəmədiyini, hətta bunun dini nöqteyi-nəzərdən haram olduğunu vəyan edib. Bununla belə, Qərb hələ də buna şübhə ilə yanaşır. Bu şübhənin əsası varmı?

- Bu, sadəcə böhtandır. Əvvəla, İslam Respublikasının dini rəhbərinin fitvası var. İslam dininə görə, kütləvi qırğın silahı günah və cinayətdir. Çünki nüvə silahından istifadə zamanı hədəf götürülmüş düşməndən savayı, dinc əhali də qırırlır. Bu isə İslam dəyərlərinə tamamilə ziddir.

Digər tərəfdən, gəlin İsraili təsəvvürümüzə gətirəkk. İsrailin ərazisi olduqca kiçikdir. Orada 10 milyona yaxın insan yaşayır. Onlardan 7 milyonu yəhudi, 3 milyonu ərəbdir. Üstəlik İsraildə, Qüdsə İslam dünyasının 3-cü ən müqəddəs məkanı Məscidül-Əqsa yerləşir. Siz təsəvvür edin, İran İsrailə nüvə bombası atır. Belə olan təqdirdə, həm İsraildə yaşayan müsəlmanlar, həm də Məscidül-Əqsa zərbə altında qalır.  

- Bölgədə böyük müharibənin başlanma riski və dolayı yolla Azərbaycanın həmin münaqişə çevrəsinə düşməsi riski varmı?

-  Azərbaycan bu münaqişəyə cəlb edilmir və cəlb edilmə niyyəti də yoxdur. Rəsmi Bakı mövqeyini aşkar şəkildə, diplomatik üsulla aydın ifadə edilib. Azərbaycan dövləti bildirib ki, biz Fələstin xalqının hüquqlarını tanıyır və müdafiə edirik. Amma eyni zamanda, yəhudi xalqının da öz dövlətində yaşamaq hüququnu tanıyırıq. Sadəcə yəhudi dövlətini dəvət edirik ki, beynəlxalq hüquqa hörmət etsin və Fələstin xalqının hüquqlarını tanısın.

Yəni bu, bizə mane olmur ki, İsraillə siyasi, iqtisadi, kəşfiyyat əlaqələrinə qurmağa davam edək. İrandan isə tələb etdiyimiz yeganə bir şey var - daxili işlərimizə qarışmasın.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 İyun 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri