Bölgədə mübahisə yarandı, ABŞ ordusu hücuma keçdi
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az “Wall Street Journal”a (WSJ) istinadən xəbər verir ki, ABŞ hərbi helikopteri İran limanlarının dəniz blokadasını təmin etmək vəzifəsi daşıyan ABŞ heyətinin xəbərdarlıqlarını qulaqardına vurduqdan sonra gəminin sükanına atəş açıb.
Hücum nəticəsində itkinin olub-olmadığı barədə heç bir məlumat olmasa da, ABŞ rəsmisi hücumdan sonra gəmi heyətinin başqa bir mülki gəmiyə köçürməyə cəhd edildiyi bildirilir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hücumu təsdiqləyərək, Hörmüz boğazında İrana qarşı blokadanı pozan gəminin sükan sisteminin raketlərlə hədəfə alındığını bildirib.
CENTCOM-un X sosial media hesabında dərc olunmuş açıqlamada deyilir: "Bu gün səhər saatlarında CENTCOM qüvvələri Panama bayrağı altında üzən M/V Vela Nova yük gəmisinin sükan mexanizmini söndürüb, çünki gəmi Oman körfəzindən keçərək İran limanına doğru üzməyə cəhd edib və ABŞ-ın İrana qarşı blokadasını pozub".
Bəyanatda gəminin mülki heyətinin ABŞ qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadığı və ABŞ Hərbi Dəniz Qüvvələrinin MH-60 helikopterinin gəminin mühərrik otağına iki Hellfire raketi atdığı qeyd olunub.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 12 Avqust 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















