Icma.az
close
up
RU
Bölgələrdə eyni məhsul niyə fərqli qiymətə satılır? AÇIQLAMA

Bölgələrdə eyni məhsul niyə fərqli qiymətə satılır? AÇIQLAMA

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bölgələrdə bazarlarla marketlər arasında yaranan qiymət fərqləri son dövrlərdə istehlakçıların ən çox diqqət yetirdiyi məsələlərdən biridir. Eyni məhsulun fərqli satış məntəqələrində müxtəlif qiymətlə təklif olunması həm iqtisadi amillərlə, həm də məhsulun tədarük və daşınma prosesi ilə əlaqələndirilir. Xüsusilə bölgələrdə logistika xərcləri, məhsulun saxlanma şəraiti və satış həcmi qiymətlərin dəyişməsinə təsir edən əsas səbəblər sırasında göstərilir. Bu fərqlər istehlakçıların alış davranışına da təsirsiz ötüşmür.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, qiyməti dövlət tərəfindən tənzimlənməyən mallar və xidmətlər istənilən yerdə müxtəlif qiymətlərlə satıla bilər:
"Hər bir mağaza və ya sahibkar məhsulu istədiyi qiymətə təklif etmək hüququna malikdir. Buna görə də qiymət fərqləri təəccüb doğurmamalıdır. Bu, liberal bazar iqtisadiyyatının prinsiplərindən, eləcə də tələb və təklif münasibətlərindən irəli gəlir.
Məhsullar regionlara daşınarkən logistik xərclər, icarə haqqı və digər əlavə xərclər də qiymətə təsir göstərir. Sahibkarlar bu xərcləri nəzərə alaraq qiymətləri artırıb azalda bilərlər. Qiyməti dövlət tərəfindən tənzimlənməyən malların və xidmətlərin qiyməti sərbəstdir və bazar şərtlərinə uyğun formalaşır"
Ekspert deyib ki, istehlakçılar tez-tez müraciət edərək eyni məhsulun, məsələn zavod çörəyinin müxtəlif yerlərdə fərqli qiymətə satıldığını bildirirlər:
"Onlara izah olunur ki, azad bazar iqtisadiyyatında bu hal normal hesab edilir və sahibkar məhsulu istədiyi qiymətə sata bilər. Lakin qiyməti dövlət tərəfindən tənzimlənən mallarda vəziyyət fərqlidir. Həmin məhsullar müəyyən edilmiş qiymətdən yuxarı satıla bilməz, amma daha aşağı qiymətə təklif olunmasına məhdudiyyət yoxdur",- deyə o qeyd edib.
Yəni azad bazar iqtisadiyyatı olduğu üçün dövlətin nəzarət etmədiyi bütün məhsulların qiymətini mağaza sahibləri öz xərclərinə uyğun olaraq sərbəst şəkildə təyin edə bilərlər.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 May 2026 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri