Icma.az
close
up
RU
Bölgələrdə məktəblilər qida təhlükəsizliyi barədə məlumatlandırılıb AZƏRTAC

Bölgələrdə məktəblilər qida təhlükəsizliyi barədə məlumatlandırılıb AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 16 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində 2024-2025-ci tədris ili üzrə ilk görüşlər Füzuli rayonunun Əhmədbəyli, Kərimbəyli və Yağlavənd kənd orta məktəblərində, İmişli rayonunun 5 və 7 nömrəli şəhər tam orta, Yusif Sadatxanov adına Aranlı kənd 1 nömrəli və H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəblərində reallaşıb. Bundan əlavə, Beyləqan rayonunun 3 nömrəli şəhər, Kəbirli kənd 1 nömrəli və Dünyamalılar kənd 1 nömrəli tam orta məktəblərində və Humanitar təmayüllü liseydə, Ağstafa rayonunun Vurğun qəsəbə H.Əzizov adına orta məktəbdə, A.Ələkbərov adına Köçəsgər kənd 2 nömrəli, A.Mustafayev adına Həsənsu kənd və X.İsmayılov adına Eynallı kənd tam orta məktəblərində maarifləndirmə tədbirləri keçirilib.

Ümumilikdə 15 ümumi təhsil müəssisəsində tədbirlərdə iştirak edən 850-ə yaxın şagirdə AQTA-nın fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin və bitki sağlamlığının təmin olunması, o cümlədən təsərrüfatlarda bitki mühafizə vasitələrindən düzgün istifadənin vacibliyi barədə məlumat verilib.

Məktəblilər pestisidlər və onlardan düzgün istifadə, həmçinin müvafiq qaydalara əməl olunmadıqda, ətraf mühit və insan orqanizmi üçün yaratdığı təhlükələr barədə məlumatlandırıb. Eyni zamanda, şagirdlər pestisidlərlə çirklənməyə məruz qalmış ərazilərin təhlükəlilik vəziyyəti, bu yerlərdə davranış qaydaları və ehtiyat tədbirlər haqqında məlumat əldə ediblər. Eləcə də pestisidlərdən istifadə və digər məsələlərlə bağlı suallar yarandıqda, AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri şagirdlərin diqqətinə çatdırılıb.

Görüşlərdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara pestisidlərə dair maarifləndirici bukletlər paylanıb.

Qeyd edək ki, AQTA “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verib. Layihə şagirdlər arasında sağlam qidalanmanının təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və məktəblilərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir. Ötən müddətdə minlərlə şagird layihənin məqsədinə uyğun olaraq müxtəlif mövzularda məlumatlandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Dekabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri