Bolqarıstan Orta dəhliz lahiyəsinə qoşulur
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və bolqarıstanlı həmkarı Rumen Radev arasında danışıqlar keçirilib.
Bu barədə Oxu.Az "Sputnik Kazaxstan"a istinadla xəbər verir.
Dövlət başçıları məhdud və geniş tərkibdə danışıqlar apardıqdan sonra mətbuat üçün birgə bəyanatla çıxış ediblər.
Qazaxıstan lideri bildirib ki, Bolqarıstanın Burqas və Varna dəniz limanlarının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM, Orta dəhliz) qoşulması məsələsinin öyrənilməsi barədə razılıq əldə olunub.
"Transxəzər Nəqliyyat Dəhlizinin gələcək inkişafına dair imzalanmış memorandum səylərimizin təcəssümüdür. Asiyanı Avropa ilə birləşdirən bu marşrut boyunca Qazaxıstan və Bolqarıstanın strateji coğrafi mövqeyindən maksimum faydalı şəkildə istifadə etmək lazımdır" , - deyə Bolqarıstan Prezidenti Rumen Radev vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 09 İyun 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















