Bolqarıstanda avroya keçidə qarşı etirazlar keçirilib
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bolqarıstanın bir sıra şəhərlərində avronun rəsmi valyuta kimi qəbuluna qarşı kütləvi etiraz aksiyaları təşkil olunub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, aksiyalar hökumətin istefası tələbləri ilə müşayiət olunub.
Etirazların əsas təşəbbüskarı Sofiyada mərkəzi mitinq keçirən Dirçəliş Partiyası olub. Partiya lideri Kostadin Kostadinov avroya keçidi milli kimlik və iqtisadi sabitlik üçün təhdid adlandıraraq, büdcə kəsiri, inflyasiya, korrupsiya və xarici siyasətdə passivliyi hökumətin istefası üçün səbəblər kimi göstərib.
Şumen, Pleven, Varna, Veliko Tırnovo və Rusedə də oxşar aksiyalar keçirilib, həmçinin Bolqarıstan levinin saxlanması üçün imzatoplama məntəqələri yaradılıb.
Firuzə
Baxış sayı:101
Bu xəbər 14 Sentyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















