Bolqarıstanda hərbi nəqliyyat aviasiyası üzrə beynəlxalq təlimlər davam edir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Sofiya, 24 sentyabr, AZƏRTAC
Bolqarıstanın “Bezmer” aviabazasında “European Spartan Exercise 2025” adlı beynəlxalq hərbi-nəqliyyat təlimlərinə start verilib. AZƏRTAC xəbər verir ki, təlimlərdə Bolqarıstan, İtaliya, İspaniya, Yunanıstan və Litvanın Hərbi Hava Qüvvələrinin ekipajları iştirak edir. Proqram çərçivəsində taktiki eniş, hündürlükdə uçuş, desant əməliyyatları və tibbi evakuasiya üzrə tapşırıqlar icra olunacaq. Təlimlər oktyabrın 3-dək davam edəcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
Baxış sayı:72
Bu xəbər 24 Sentyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















