Gürcü nazir: Bakı Tbilisi Qars dəmir yolunun tamamlanması gələn il üçün əsas prioritetlərdən olacaq
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məqsədimiz 2026-cı ili yüksək iqtisadi artımın təmin edilməsi ilə yanaşı, 2025-ci ildən daha yaxşı etməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili gələn il üçün proqnozları açıqlayarkən deyib.
Onun sözlərinə görə, 2026-cı ildə əsas prioritet yeni iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması və əhalinin rifahının artırılması olaraq qalır.
Bundan əlavə, region üçün ən vacib olan Bakı-Tbilisi-Qars dəmir yolunun tamamlanması, Anakliya dərinsulu limanının fəal tikinti mərhələsinə keçirilməsi də daxil olmaqla, bir sıra tarixi layihələrə başlayacaq və davam etdirəcəyik.
"Həmçinin ölkənin enerji sektorunun daha da inkişafına böyük diqqət yetirəcəyik. Çünki bu il sektorun canlandırılmasına yönəlmiş bir sıra vacib təşəbbüsləri həyata keçirmişik”, - deyə nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 31 Dekabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















