Icma.az
close
up
RU
Bolqarlarla oyuna doğru: üstünlük onlardadır

Bolqarlarla oyuna doğru: üstünlük onlardadır

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sabah” Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Levski” komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 7-də Sofiyada keçiriləcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

“Levski” tarixində ikinci dəfə Azərbaycan klubu ilə dueldə olacaq. Bolqarlar bundan öncə 2009-cu ildə Çempionlar Liqasının seçmə mərhələsində keçmiş “Bakı” ilə qarşılaşıb və iki oyunun nəticəsinə görə mərhələ adlayıb. Bakıda heç-heçə edən “Levski” azarkeşləri önündə inamlı qələbəyə sevinib – 2:0.

Azərbaycan və Bolqarıstan komandaları arasında ilk rəsmi oyun 1996-cı ilə təsadüf edir. “Neftçi” UEFA Kubokunda “Lokomotiv”ə qalib gəlib – 2:1. Cavab görüşündə isə bolqarlar geridönüş edib – 6:0.

Bolqarıstan komandası ilə son dueldə isə “Qarabağ” olub. Ötən il Çempionlar Liqasının III təsnifat mərhələsində “Ludoqorets”ə rəqib olan Azərbaycan çempionu Bakıda rəqibinə 1:2 hesabıyla məğlub olmasına baxmayaraq, cavab görüşündə parlaq qələbə ilə (7:2) mərhələ adlamağı bacarıb.

“Levski” bu mövsüm çempionata iddialı başlayıb. 3 görüşünü də qazanan sofiyalılar 9 xalla yarışda liderdir.

Ümumiyyətlə Azərbaycan və Bolqarıstan klubları arasında buna qədər 6 rəsmi matç olub…

1. UEFA Kuboku: Neftçi – Lokomotiv Sofiya 2:1
2. UEFA Kuboku: Lokomotiv Sofiya – Neftçi 6:0
3. UEFA ÇL Bakı – Levski Sofiya 0:0
4. UEFA ÇL Levski Sofiya – Bakı 2:0
5. UEFA ÇL Qarabağ – Ludoqorets 1:2
6. UEFA ÇL Ludoqorets – Qarabağ 2:7.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Avqust 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri