Icma.az
close
up
RU
Bolşevik daşnak birliyi Mərkəzi Asiyada da soyqırımı vəhşilikləri törədib

Bolşevik daşnak birliyi Mərkəzi Asiyada da soyqırımı vəhşilikləri törədib

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bolşevik-daşnak birliyinin türklərə qarşı soyqırımından 107 il ötür. Bolşevik-daşnaklar 107-ci il öncə Arazın hər iki tayında baş verən soyqırımının ardınca həmən cütlük Mərkəzi Asiyada da eyni vəhşilikləri törədib”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib.

Deputat hesab edir ki, təəssübkeş və körpü dövlət olaraq missiya bu vəhşiliyi  Xəzərin o tayındakı qardaşlarımıza da unutdurmamaqdır: “Onun da yolu ilk növbədə TDT platformasında həmən vaxt yaşananlara birgə siyasi qiymət verməkdən keçir. 

Haqqında danışmaq istədiyim ikinci məsələ ABŞ-nin Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının illik qlobal hesabatında ərazisində fəaliyyət göstərən 900-dən çox dini icmanın haradasa 30 faizi müsəlman olmayanlardan ibarət Azərbaycanın xüsusi narahatlıq doğuran dövlətlər siyahısına salınması, Qərbi Azərbaycanda üç yüzdən artıq, Qarabağ və Şərqi Zəngəzurda 65 məscidi yer üzündən silən, alban kilsələrini özününküləşdirən monoetnik Ermənistanın isə din azadlığını tamamilə təmin edən ölkə kimi təqdimidir. Xocalı soyqırımının törədilməsindən, Şuşayla Laçının ələ keçirilib Ermənistana dəhliz açılmasından və Naxçıvana gedən yolun tamamilə bağlanmasından sonra, yəni 1992-ci ilin oktyabrında guya Qarabağ haylarını blokadada saxladığımıza görə Azadlığa Dəstək Aktına 907-ci düzəlişlə bizə sanksiya tətbiq edənlərin bu hərkətlərinin də arxasında hay diasporunun səylərindən çox səlibçi zehiyyətinin dayandığına tam əminəm və qətiyyətlə pisləyirəm! 

Sonda Almaniya Prezidenti Ştaynmayerin regiona səfərinə də toxunmaq istərdim. O, Ermənistana gələn gün  dövlətinin maliyyələşdirdiyi “Deutsche Welle” də Qarabağda  baş verənlərin Qebbelsəcinə saxtalaşdırıldığı sənədli film yayımlandı ki,  cənab Ştaynmayerin  rəsmi səhifəsində Almaniya Demokratik Respublikasının bayrağının deyil də, “miatsum”çuların əski parçasının peyda olmasından da görünür ki, bu, qəsdən edilib”.

Dövlətimizin reaksiyasını görüb o əski parçasını da,  “Dağlıq Qarabağ”  sözünü də  "texniki səhv" adlandırıb rəsmi səhifəsindən yığışdırtdıran, ikinci dünya savaşında məğlubiyyətə uğradıqdan sonra ölkəsinin necə böyük kompensasiyalar ayırdığını yaxşı bilən Almaniya Prezidentindən soruşmaq istərdim, nasist soydaşlarının ötən əsrin 30-40-cı illərində etdiklərini təqribən yarım əsr sonra təkrarlayan, son günlər isə elə həm də onların ötürdüyü silahlarla  atəşkəsi dəfələrlə pozan sevimli Ermənistanlarına nə məsləhət görərdi, törətdiyi vəhşiliyin bədəlini səlibçi zehniyyətlilərdən  alacağı milyardlarlamı  ödəsin, yoxsa elə yenə həmən Almaniyanın borc qarşılığında Yunanıstandan tələb etdiyi kimi Azərbaycana torpaqlarının bir hissəsinimi versin, daha dəqiqi qaytarsın?”

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Aprel 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri