Bolsonaro Braziliyanı BRICS dən çıxaracağına söz verib
Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro bildirib ki, o, dövlət başçısı postuna qayıdarsa, ölkə BRİKS-i tərk edəcək. O, bu barədə “Folha de São Paulo” qəzetinə müsahibəsində bildirib.
O, həmçinin Braziliyanı Ümumdünya Səhiyyə Təşkilatından çıxaracağına söz verib.
Bolsonaro Braziliya, Paraqvay və Argentinanın üçlü sərhədində terrorla mübarizə üçün ABŞ ilə hərbi saziş bağlayacağını, həmçinin orada Amerika hərbi bazasının yerləşdirilməsinə icazə verəcəyini vurğulayıb.
Bolsonaro seçki komissiyası tərəfindən qoyulan diskvalifikasiya səbəbindən 2026-cı il seçkilərində iştirak edə bilməyəcək. O, həbslə üzləşdiyini də etiraf edib, lakin ittihamları siyasi təqib adlandırıb.
Noyabrda onun dövlət çevrilişinə cəhd etdiyi bildirilirdi. Onun cinayət təqibi məsələsi baş prokuror Paulo Qonetin müzakirəsində qalır.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 07 Fevral 2025 06:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















