Icma.az
close
up
RU
“Bolt” ləqəbim Qarabağ da mövzu oldu

“Bolt” ləqəbim Qarabağ da mövzu oldu

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Bolt” ləqəbim "Qarabağ"da mövzu oldu"

“Qarabağ”ın futbolçusu Daniel Lima de Kastro (Dani Bolt) Braziliyanın nüfizlu "Ge" nəşrinə müsahibə verib. Müsahibə ondan UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la cavab oyunundan öncə götürülüb.

QOL.az-ın xəbərinə görə, 26 yaşlı braziliyalı müdafiəçi deyir ki, “Qarabağ” fərqi kollektivdir: "Çox güclü və çox təvazökar bir komandamız var. Qaçmaq lazım olanda qaçırıq, müdafiə olunmalı olanda müdafiə olunuruq. Bu nəticədə hər şeydən bir az var. Hər gün 1 faiz daha yaxşı olmaq kimi böyük inkişaf var. Bir oyunu udursan, özünə inam artır, sonra daha bir oyunu… Futbolda belədir: uğurun konkret formulu yoxdur. Şükürlər olsun ki, bizdə alınır".

Müsahibənin müəllifi Por Isabela Reis qeyd edir ki, Dani “Fluminense” akademiyasının yetirməsidir və “Bolt” ləqəbi də məhz orada yaranıb. Bu ad onun sürətinə görə olimpiya çempionu sprinter Usein Bolta ithaf kimi verilib və gənclik illərindən onu müşayiət edir. Azərbaycana gəldikdə isə ləqəb klubun təqdimatında xüsusi diqqət çəkib və maraq doğurub. Dani bununla bağlı da danışıb. 

“Bolt” ləqəbi burada mövzu oldu, bir çox insan mənə bu barədə sual verdi. Konteksti izah etdim, bunun sürətimlə bağlı olduğunu dedim, hətta onlar üçün tərcümə də etdim. Amma mənim üçün fərqi yoxdur, istəsələr sadəcə Daniel, istəsələr də Bolt deyə bilərlər" deyə o, zarafatla bildirib.

O, ötən ilin iyulunda Portuqaliyanın II Liqa təmsilçisi “Torreense”də bir ildən bir qədər çox çıxış etdikdən sonra “Qarabağ”a transfer olunub. Braziliyada isə “Fluminense” və “Atletiko-PR”ın aşağı yaş qruplarında oynayıb, “Vitoria” və “Juventude” ilə peşəkar turnirlərdə iştirak edib. 2023-cü ildə “Juventude”nin A Seriyasına yüksələn heyətində də yer alıb.

Müsahibə müəllifi  həmçinin qeyd edir ki, yeni komandaya keçid Dani üçün tam fərqli bir mühit açıb. İlk növbədə Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan kimi ölkəni tanımaq imkanı qazanıb. Bundan əlavə, “Qarabağ”ın özünəməxsus xüsusiyyəti var: klub müharibə səbəbilə köçkün statusu (keçmiş köçkün - QOL.az) daşıyır. Ağdam şəhərində yaranan klub 1993-cü ildən Ermənistanla ərazi münaqişəsi səbəbindən paytaxt Bakıdakı bazada fəaliyyət göstərir.

2028-ci ilin iyununa qədər klubla müqaviləsi olan Dani deyir ki, “Qarabağ”da ailəsinin qarşılanması çox səmimi olub və bu da uyğunlaşma prosesini asanlaşdırıb: "Burada mədəniyyət Braziliyadan çox fərqlidir, amma xarici futbolçu kimi təcrübəm çox yaxşıdır. Klubda çox müsbət mühit var, insanlar çox qonaqpərvər və yardımsevərdir. Ölkə çox gözəl, işıqlıdır. Təcrübə mənim üçün çox müsbətdir".

“Qarabağ” Dani Bolta karyerasında ilk dəfə Çempionlar Liqasında çıxış etmək imkanı da yaradıb ki, bu da onun sözlərinə görə, “reallaşan böyük bir arzu”dur və komanda üçün də önəmli dövrə təsadüf edir. Komanda hazırda tarixi yüksəliş yaşayır və son 12 mövsümün hamısında UEFA turnirlərinin qrup mərhələlərinin birində çıxış edib.

Bu, “Qarabağ”ın Çempionlar Liqasındakı ikinci iştirakı olsa da, artıq ciddi nailiyyətlərlə yadda qalıb: təcrübəli “Benfika”nı 3:2 hesabı ilə məğlub edib, “Çelsi” ilə 2:2 hesablı heç-heçə edib və “Marsel”, “Napoli” və “Vilyarreal” kimi nəhəngləri qabaqlayaraq pley-offa vəsiqə qazanıb.

"Bu, hədəflərin reallaşması hissidir. Hər bir gənc futbolçu karyerasına başlayanda ilk arzularından biri Çempionlar Liqasında oynamaq olur . Bu, dünyanın ən əsas klub turniridir. Əlbəttə, bu səviyyəyə çatmaqla kifayətlənmirik, həmişə daha artığını istəyirik. Amma böyük komandalar və futbolçulara qarşı belə bir turnirdə oynadığım üçün böyük minnətdarlıq hissi keçirirəm" - deyə Bolt bildirib.

Yol ümidverici olsa da, 1/8 finala aparan pley-off mərhələsi uğurlu başlamayıb. “Qarabağ” ev oyununda ötən həftə “Nyukasl”a məğlub olub. Həmin görüşdə Entoni Qordon dörd qol vurub, Tiau və Mörfi də fərqlənib. Dani Boltun komandasında yeganə qolu isə Elvin Cəfərquliyev vurub.

Bu gün “Qarabağ” turnirlə vidalaşmamaq üçün beş topdan artıq fərqlə qalib gəlməli və ya ümumi hesabı bərabərləşdirərək oyunu penaltilərə aparmalıdır. Çətin tapşırıq olsa da, müdafiəçi məsələyə rasional yanaşmağın tərəfdarıdır.

"Bunun çox çətin sınaq olacağını bilirdik. Dünyanın ən güclü çempionatlarından birində oynayan böyük komandaya qarşı. Amma gözləntilərimiz müsbətdir. Tək futbolda yox, həyatda da nəyi idarə edə biliriksə, ona fokuslanmalıyıq. Bizim edə biləcəyimiz şey 90 dəqiqə ərzində ən yaxşı oyunumuzu göstərməkdir. Nə olacaqsa, olacaq. Daha yaxşı oynayan mərhələ adlayacaq" - deyə o qeyd edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Qol.az (@qolaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://qol.az
archiveBu xəbər 24 Fevral 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri