Icma.az
close
up
RU
Bona Deanın müqaviləsində deyilir ki, peyvəndi vururuq, amma uşağa nəsə olsa, bizlik deyil

Bona Deanın müqaviləsində deyilir ki, peyvəndi vururuq, amma uşağa nəsə olsa, bizlik deyil

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

""Bona Dea" Hospitala uşağa peyvənd vurdurmaq üçün gedirsən, peyvəndin qiyməti 250-300 manatdan başlayır. Minimum 2 peyvəndin qiyməti 500-600 manatdır. İndi deyək ki, yaxşı yerdir və ya peyvəndi yaxşıdır, vurduraq. Və gəlir sürpriz müqavilə. Müqavilədə deyilir ki, mən əslində sənə peyvəndi satıram, amma peyvənddən uşağa nəsə olsa, mənlik deyil, heç bir məsuliyyət daşımıram. İstəsən, 20-30 dəqiqə buralarda gəz, nəsə olsa, baxarıq, sonradan nə olsa, yenə mənlik deyil. Niyə “peyvənd vurur” yox, “satır” yazdım? Çünki şirkət vurmağa və satmağa görə məsuliyyət daşımır. Deyirsən ki, yaxşı, sənin heç bir məsuliyyətin yoxdur, həmişəki kimi, pulu siz qazanıb, amma pasiyenti günahkar çıxarmaq istəyirsiniz. Bəs heç olmasa bu peyvəndi haradan almısan, onu göstərə bilərsənmi? Deyir ki, yox. Yəni adam Sədərəkdən peyvənd ala bilər, ya çöldən tapa bilər, Çinə sifariş verə və bunu vura bilər, amma məsuliyyət sənindir”. 

Pravda.az xəbər verir ki, bu barədə politoloq Turab Rzayev deyib. 

“Peyvəndin saxlanma şəraitinə əməl olunurmu, düzgün saxlanılırmı, ona kim məsuliyyət daşıyır, bunları görə bilərikmi? Deyir ki, yox. Amma məsuliyyət yenə sənindir. Deməli, 600 manata peyvənd satır, haradan və necə alındığını, saxlama şəraitini və s. sənə demir, ancaq özü bilir. Sənə də məcburi müqavilə imzalatdırır ki, uşağa nəsə olsa, sənlikdir. Belə dərəbəylik olar? Yəni “Bona Dea” aldığı, saxladığı və vurduğu peyvəndə əmin deyilsə, biz necə uşaqları onlara etibar edə bilərik?! Özü də peyvəndi onlar vurduqları halda, bütün məsuliyyəti biz niyə üzərimizə götürək? Təsəvvür edin, restorana gedirsən, deyir ki, mən sənə yemək satıram, amma zəhərlənsən, nəsə olsa, mənlik deyil. Ya da avtomobil alırsan, deyir maşın getməsə, tormoz tutmasa, mühərrik işləməsə, mənlik deyil. Belə bir şey necə mümkün ola bilər axı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, bu, ümumiyyətlə, qanunidirmi? Əgər qanunidirsə, onda niyə mənə vurduğunu və bütün məsuliyyəti mənə yüklədiyi peyvəndin hardan alındığını, nə vaxt alındığını, saxlama şəraitini, nə qədər saxlandığını göstərmir? Ümumiyyətlə, tibb müəssisinin vurduğu peyvəndə mən niyə cavabdeh olmalıyam? Bunun hüquqi əsası nədir? “Bona Dea”nın, ümumiyyətlə, peyvənd etmək ixtiyarı varmı? Belə bir lisenziyası mövcuddurmu? Əgər tələb olunursa... Saxlanma şəraiti ilə bağlı görünən budur ki, “peyvənd otağı” dedikləri çox kiçik bir yerə “Redbull” soyuducusu qoyublar, peyvəndi oradan götürüb vururlar. Bu peyvənd o “Redbull” soyuducuya nə vaxt gəlib, nə qədər orada qalıb, ora hardan gəlib, hansı şəraitdə gəlib və ora gələnə qədər harada, nə qədər, hansı şəraitdə saxlanılıb? Heç bir məlumat yoxdur...”, - o bildirib. 

Pravda.az "Bona Dea" Hospitala sorğu ünvanlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://pravda.az
archiveBu xəbər 25 Dekabr 2024 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see168

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see137

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see126

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see124

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see122

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see122

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see120

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see119

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see118

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see117

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see117

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see117

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see116

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see116

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see116

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see115

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see114

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see113

Rəsmi Bakıdan Medinskiyə Cavab

09 İyun 2025 23:29see112

Ərdoğanın səhhəti pisləşdi? RƏSMİ AÇIQLAMA

09 İyun 2025 21:11see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri