Mariya Zaxarova: Avropa İttifaqının missiyası Ermənistanın qonşu ölkələri barədə casusluq edir
Icma.az bildirir, Apa.az portalına istinadən.
Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı Azərbaycanın haqlı narahatlığı barədə məlumatlıyıq.
APA-nön Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu qondarma missiyanın əməkdaşlarının nə ilə məşğul olduğu yaxşı məlumdur.
"Onlar Ermənistanın qonşu ölkələri barədə casusluq edirlər. Əlbəttə ki, onlar İrəvan qarşısında hesabat vermirlər, regionda sabitliyə heç bir yardım etmirlər. O ki qaldı Ermənistanda dislokasiya olunmuş Rusiya hərbi bazasına, İrəvandan onun mümkün çıxarılması barədə heç bir siqnal almamışıq. Ölkənin rəsmi şəxsləri bu barədə publik danışıblar ki, belə məsələlər gündəlikdə dayanmır. İrəvanda anlayırlar ki, Rusiya hərbi bazası regionda, Ermənistanda və bütün Cənubi Qafqazda vacib təhlükəsizlik elementidir. Ermənistanla Rusiya arasında, eləcə də Azərbaycanla münasibətlərimiz kontekstində bu məsələ heç vaxt qaldırılmayıb", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 11 İyun 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















