Icma.az
close
up
RU
Bonn İqlim Sammiti: fikir ayrılıqlarına baxmayaraq, müzakirələr davam edir

Bonn İqlim Sammiti: fikir ayrılıqlarına baxmayaraq, müzakirələr davam edir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bonn, 20 iyun, Pərvanə Qafarova, AZƏRTAC

Almaniyanın Bonn şəhərində keçirilən İqlim Dəyişikliyi üzrə Subsidiar Orqanların 62-ci sessiyası çərçivəsində danışıqlar davam edir. Gün ərzində iştirakçılar müxtəlif qeyri-rəsmi məsləhətləşmələrdə iştirak edirlər. Gündəliyə uyğun olaraq uyğunlaşma, azaldılma, texnologiyalar və tədqiqat məsələləri müzakirə olunur. Xüsusilə, Kyoto protokolu əsasında təsis edilmiş Uyğunlaşma Fondu ilə bağlı müzakirələrdə irəliləyiş müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, iqlim danışıqlarında Uyğunlaşma Fondunun fəaliyyətinə baxış məsələsi ilə bağlı fikir ayrılıqları yaşanır. Belə ki, Belçikadan Geert Fremout və Sudandan Lina Yassinin həmsədrlik etdiyi müzakirələrdə tərəflər son illərdə bu məsələdə razılıq əldə edə bilmədiklərini bir daha vurğuladılar. Əsas fikir ayrılığı bu səlahiyyətin yalnız COP-a, yoxsa həm COP-a, həm də Paris Sazişi tərəflərinə aid olması ilə bağlıdır. Avropa İttifaqı kompromis variantlara çağırsa da, Afrika qrupu, Ən Az İnkişaf Etmiş Ölkələr və Həmfikir Ölkələr qrupu bu səlahiyyətin yalnız COP-a aid olduğunu bildirdilər.

Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG – New Collective Quantified Goal) üzrə müzakirələr SB63 çərçivəsində davam edir və bu, iqlim maliyyəsi sahəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı fikir ayrılıqlarını bir daha ortaya qoyur.

NCQG Paris Sazişinin 9-cu maddəsinə əsasən, 2025-ci ildən etibarən qüvvəyə minəcək və inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyini təmin etməyə yönəlmiş yeni hədəfdir. Hazırki 100 milyard ABŞ dolları səviyyəsində olan illik iqlim maliyyəsi hədəfi bu çərçivədə yenilənməli və genişləndirilməlidir.

Müzakirələrdə tərəflər kompromis variant kimi həm əvvəlki mətnin, həm də yeni başlıqlar və elementləri əks etdirən strukturlaşdırılmış sənədin təqdim edilməsinə razılıq verdilər. Bu sənəd tərəflərin hazırkı mövqelərini və təklif olunan istiqamətləri ümumi şəkildə göstərirdi. Lakin məzmun üzrə əsaslı müzakirələrə keçid üçün əlavə vaxt lazım oldu. Bu, həm ölkələrin öz daxili mövqelərini koordinasiya etmələri, həm də daha strukturlaşmış təkliflərlə çıxış etmələri üçün vacib idi.

Azaldılma üzrə İş Proqramı (MWP) çərçivəsində keçirilən görüşlərdə isə meşələrin rolu və ekoloji cinayətlər məsələsinə toxunuldu. Braziliya və Yeni Zelandiya yerli icmaların hüquqlarının və torpaq təhlükəsizliyinin vacibliyini vurğuladılar. Eyni zamanda, bəzi ölkələr proqramın hazırkı formatda saxlanılmasını istəsə də, digərləri daha dərin məzmunlu, real tədbirləri ehtiva edən müzakirələrə ehtiyac olduğunu bildirdi. Zəif inkişaf etmiş ölkələr tullantı sektoru üzrə ayrıca dialoqun keçirilməsini təklif etdilər.

Paris Sazişinin 6.2-ci maddəsi üzrə əməkdaşlıq mexanizmlərinə dair dialoqda isə iştirakçılar ədalətli fayda bölgüsü və potensialın artırılması məsələlərini gündəmə gətirdilər. Katiblik beynəlxalq reyestr sisteminin 2026-cı ilə qədər tamamlanacağını, bu müddət ərzində isə müvəqqəti sistemin tətbiq olunacağını açıqladı.

Təmiz İnkişaf Mexanizminin - CDM-lərin bağlanması ilə bağlı isə bəzi ölkələr bunun mümkün qədər tez nəticələnməsini dəstəklədilər. Qalan vəsaitlərin necə istifadə olunacağı barədə də fikir ayrılıqları yaşandı – Uyğunlaşma Fonduna yönləndirilməsi, 6-cı maddə ilə bağlı məsələlərin dəstəklənməsi və ya bir neçə istiqamətin birgə maliyyələşdirilməsi kimi variantlar irəli sürüldü.

Nəhayət, Qlobal Yekun Qiymətləndirmə (Global Stocktake) ilə bağlı müzakirələrdə tərəflər bir daha ciddi fikir ayrılıqlarını ortaya qoydular.

Azərbaycanlı diplomatlar bütün əsas müzakirələrdə iştirak edərək, COP29-un uğurlu nəticələrinin davam etdirilməsi və möhkəmləndirilməsi məqsədilə fəal və prinsipial mövqe sərgiləyiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 İyun 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri